beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çobankərə

Çobankərə — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Tarixi
Çobankərə kəndi Xatunarx kəndindən 3 km aralıdır. Kəndlər Eçmiədzin rayonuna daxil idi, lakin 1937-ci ildən sonra Ermənistanın Zəngibasar rayonunun tabeliyinə verildi.

Çobanqara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Zəngi çayı ilə Qarasu çayının arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.286) qeyd edilmişdir. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim çobankərə türk etnonimi (386, s.631) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi
Böyük Çobankərə – 1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların soyqırım siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, o quduz cəlladlar uşaga, böyüyə, qadına rəhm etmədən qırmışlar. 1922-ci ildə kəndə 66 nəfər dönmüşdür.

Görkəmli şəxsiyyətləri
Budaq Budaqov — coğrafiyaçı, publisist, coğrafiya elmləri doktoru (1967), professor (1969), Azərbaycan EA həqiqi üzvü (1989), AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
Vəliyev Nəriman Adil oğlu - professor.


Tarix: 06.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qərbi Azərbaycan