Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maarif Əkbərov haqqında

Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Qeyd etmək lazımdır ki, alimin elmi fəaliyyəti haqqında mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir. Bu mənada Qabil Seyidovun "Riyaziyyatçı-filosof" ("Kommunist" qəzeti, 23 may 1963), Moskvada çap edilən "Riyaziyyatın idrakda rolu" adlı kitabına N.İbrahimovun yazdığı "Qiymətli kitabça" ("Kommunist" qəzeti, 20 fevral 1968), Ə.Allahverdiyevin "Riyaziyyat və fəlsəfə" kitabı haqqında olan "Maraqlı tədqiqat əsəri" ("Bakı" qəzeti, 11 avqust 1972), F.Q.Maqsudovun və M.H.Cavadovun "Ali cəbr" kitabı haqqında yazdıqları "Qiymətli dərs vəsaiti" ("Kommunist" qəzeti, 8 iyul 1976) və başqa bu kimi məqalələrdə Maarif Əkbərovun elmi fəaliyyətindən bəhs edilir.

Həqiqət Kərimovanın "Azərbaycanın ilk riyaziyyatçı-filosofu" kitabında alimin həyat və yaradıcılığı geniş şəkildə əks olunur və bu kitab Maarif Əkbərovun 70 illiyinə həsr edilmişdir.

Maarif Əkbərovun 75 illik yubileyi ilə əlaqədar 2005-ci ildə 190 saylı orta məktəbdə alimin müəllim və şagird kollektivi ilə görüşü keçirilmişdir.

Nərgiz Rüstəmlinin "Görkəmli riyaziyyatçı filosof, elm fədaisi" ("Respublika" qəzeti, 17 avqust 2006-cı il) məqaləsində də Maarif Əkbərovun həyat və yaradışılığından bəhs edilir və alimin işıqlı xatirəsi yada salınır.


Tarix: 06.02.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Qərbi Azərbaycan
loading...