beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çamırlı

Tarixi
Çamırlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir (348, s.279).

Kənddə 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914 - cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır (415, s.112-113). Kənd 1929 - cu illərdə ləğv edilmişdir.

Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi (271, s.130; 407, s.88) əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir. «Çamır/çamur tayfasına mənsub yer» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əhalisi
24 yanvar 1919-cu ildə Göyçə mahalının Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetirmişlər.

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan