beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Rəcəbli

Rəcəbli Əhməd Cabbar oğlu — tanınmış azərbaycanlı seleksiyaçı genetik alim, professor, Ümiumittifaq Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki.

Həyatı
Əhməd Rəcəbli 1898-ci ildə İrəvanda doğulmuşdur.

1923-cü ildə İtaliyada Ali Eksperimental Aqrar Kral İnstitutunu bitirmişdir.

1924-1930 illərdə genetika elminin yaradılması ilə məşğul olmuşdur.

1930-1936 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri işləmişdir.

1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, səkkiz il Rusiyada Kolımda sürgündə olmuş, burada istilik təsərrüfatı yaradaraq tərəvəz yetişdirmiş və yeni sortlar əldə etmişdir.

1945-ci ildə Əhməd Rəcəbli Azərbaycana qayıtmış, müəllimlik etmiş və elmlə məşğul olmuşdur.

1950-ci ildə təkrarən repressiya olunaraq Qazaxıstana sürgün edilmişdir. Stalinin ölümündən sonra bəraət alaraq Vətənə qayıdıb elmlə məşğul olmuşdur.

O, yüzdən artıq elmi işin, 24 monoqrafiyanın müəllifidir. Onun "Azərbaycanda məhsuldarlıq" kitabı iki dəfə nəşr olunmuşdur.

Ə.Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qozmənşəli meyvələrin yeni sortları əldə edilmişdir.

Rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilmişdir.

Əhməd Rəcəbli 1963-cü ildə Moskvada vəfat etmiş, Bakıda dəfn edilmişdir.

Bakının Nərimanov rayonundakı geniş küçələrdən biri Əhməd Rəcəblinin adınadır.


Tarix: 06.02.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Qərbi Azərbaycan