beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Namazov

Həyatı
Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlmuşdur. 1948-ci ildə Azərbaycanın Aqstafa rayonuna köçüb.

1949-1950–ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış, 1951-1955–ci illərdə sovet ordusunda xidmət keçmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinə qəbul olmuş, 1961-ci ildə universitetin filologiya fakültəsini bitirmişdir.

1962-1967–ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970–ci illərdə ADU-nun Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002–ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006–cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən hal-hazıra qədər isə «Dədə Qorqud» Elmi Tədqiqat Laboratoriyasının rəhbəridir.

Azərbaycan, Türkiyə, Türkmənistan, İsvec və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

Ailəlidir, 3 övladı var.

Elmi fəaliyyəti
1968-ci ildə "Aşıq şeirinin inkişafı tarixindən" adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1987-ci ildə "Azərbaycan uşaq və gənclik ədəbiyyatının inkişaf mərhələləri (1920-1980)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1989-cu ildən professor adına layiq görülmüşdür.

Pedaqoji fəaliyyətlə məşgul olmuş - 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs demişdir.

Azərbaycan şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbəyyatı onun tədqiqat sahəsidir. 10 monoqrafmyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.

20 elmlər namizədi yetişdirib.


Tarix: 06.02.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Qərbi Azərbaycan