beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arcut

Tarixi
Arcut İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir (348, s.21)

Toponim artuç (ardıc) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Coğrafiyası və iqlimi
Kendi Arcut cayi 2 bolur.Bazum daglaranin eteyinde yerlesir.Soyug kontinental iglimi var yayi+18,+28 gisi+4,-25 derege olur.

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.

Mədəniyyəti
Kənddə 1711-ci ildən etibarən Məscid, Folkloru qıs fəsli fevral [boz] ayı-hızırnəbi bayramı, qodu oynatmaq kimi adətlər olmuşdur.

Qodu-qodunu gördünmü,
Qoduya salam verdinmi,
Qodu qapıdan gedəndə
Qırmızı qunu gördünmü.

Payımı ver
Allah murazını versin.
Verənin oğlu olsun,
Verməyənin qızı olsun!

Əhalisi
Kənddə 1831-ci ildə 137, 1873–cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914 – cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886 (415, s.51, 131), 1939-cı ildə 1052, 1959 – cu ildə 1295, 1970-ci ildə 2009, 1979 – cu ildə 2172 nəfər (427, s.484) azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.

1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ildə 655 yasayış evi var idi. Əhalisi 6545 nəfər olub.

Şəxsiyyətləri
Yusif Qazıyev — Əməkdar müəllimi, pеdаqоgika üzrə fəlsəfə doktoru, dossent
Abuzər Qazıyev — ATU I müalicə-profilaktika fakultəsinin dekanı,Bakı şəhər baş onkoloqu, professor
Əliyev İsmayıl Məmməd oğlu — Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, akademik.
Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhid olmuşdur
Əliyev İlham Məhəmməd oğlu — kimya elmləri doktoru, professor
Əliyeva Yasəmən Əli qızı — iqtisad elmləri namizədi, dossent, 2008-ci ildən Azərbaycan Kooperasiya Universitetində "Menecment və ticarət " kafedrasının müdiri vəzifəsində işləyir. 35 elmi məqalənin, 1 monoqrafiyanın, 3 dərs vəsaitinin və 10 fənn proqramının müəllifidir.
Əliyev İkram Hümbət oğlu — fizika elmlər namizədi
Əliyev Əli Elləz oğlu (1923-1986) — Bakı şəhəri orta məktəb direktoru
Əliyev Məhəmməd Abbas oğlu — məktəb direktoru
Məmmədov Əflatun Məsim oğlu - Rabitə Nazirliyi Dövlət Radio Tezliklər İdarəsinin Rəisi


Tarix: 06.02.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Qərbi Azərbaycan