beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Talıb

Həyatı
Aşiq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır:

Eşidin sözümü, arif olanlar,
Bu dünya fanidir, fani deyim mən.
Beş gün dəm eyləyən, on gün qəm eylər,
Belə qurub kərəmkanı, deyim mən.

Məğribdən məşriqə tutan dünyanı,
Gündən xərac alan İsgəndər hanı?!
Neçə danəndənin boşdu meydanı,
Neçə-neçə Süleymanı deyim mən.

Mən Talıbam, hərzə-hədyan bilmənəm,
Dərd əlindən dəqiqəsi il mənəm.
Ölənədək ağlayaram, gülmənəm,
Görməyincə ol İmanı, deyim mən.

Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır.


Tarix: 05.02.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Qərbi Azərbaycan