beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharlı (Qafan)

Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd.


Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi.


Tarix: 06.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Qərbi Azərbaycan