Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firdovsi Kərimov

Həyatı
Kərimov Firdovsi Qəzənfər oğlu 10 yanvar, 1952-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun, Daşkənd kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində oхumuşdur. 1970-cı ildə Azərbaycan Politexnik inistutunun Mexanika fakültəsinin Tikinti və yol maşınları avadanlıqları ixtisasına qəbul olmuşdur. Oхuduğu müddətdə Fakültə Komsomol Təşkilatının katibi olmuşdur. 1975-ci ildə inistitutu bitirdikdən sonra təyinatla Mingəçevir Təcrübi İxtisaslaşdırılmış zavoduna göndərilmişdir.

1975-1998-ci illər ərzində zavodda texnoloq, baş texnoloq, sex rəisi və baş mexanik vəzifələrində çalışmışdır. 1998-2002-ci illərdə Azəravtonəqliyyat Konserninin Lisenziya idarəsinin Yevlax bölməsi üzrə aparıcı mütəxəssis Nəzarət qrup rəhbəri vəzifəsində çalışmışdır.

Hal hazırda "Alyans-MV" MMC-də baş direktor vəzifəsində çalışır.

Şəcərəsi
Temir
Yavıx
Rəsul
Hacı Kərim
Rəsul
Hüseyn
Qəzənfər
Firdovsi Kərimov


Tarix: 05.02.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Qərbi Azərbaycan
loading...