beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər Ələkbərov

Ələkbərov Əsgər Ələkbər oğlu — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995-2014) , polis general-leytenantı.

Həyatı
Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir.

1993-1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994-2002-ci illərdə Daxili İşlər Nazirinin müavini - Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.

Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə azad edilmişdir.


Ailəlidir. 5 övladı var.


Tarix: 06.02.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Qərbi Azərbaycan