Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alqış Həsənoğlu

Alqış Həsənoğlu — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.

Həyatı
1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Tələbəlik illərindən - 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997-2008-ci illərdə bu qəzetin baş redaktoru olub. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.

I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.

Filologiya elmləri namizədidir. Evlidir, bir oğlu, bir qızı var.


Tarix: 06.02.2015 / 16:50 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qərbi Azərbaycan
loading...