beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəzər Aslanov

Həyatı
6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır.

1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1990-1992-ci illərdə “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə “Fədai” kooperativinin sədri, 1992-1994-cü illərdə “Aslan R.Q” k/m-da kommersiya direktoru, 1994-cü ildə “ER-COMPANY LTD”-də mütəxəssis, 1994-2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002-2003-cü illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003-2005-ci illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005-2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006-2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir.

Qəşəm Aslanovun oğludur.
Rövşən Aslanovun qardaşıdır.


Tarix: 06.02.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan