beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aydın İbrahimov (fizik)

Aydın İbrahimov — “Fizika məsələləri-8” dərsliyinin müəllifi

Həyatı
İbrahimov Aydın Həsən oğlu 1 iyun 1947-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Haqqıxlı (Vurğun) kəndində anadan olmuşdur.

1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və 1966-cı ildə Azərbayan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur.

1971-ci ildə ADU-nun fizika fakültəsini bitirdikdən sonra təyinatla 1971-72-ci illərdə Salyan rayonunun Xələc kənd orta məktəbində fizika müəllimi işləmişdir.

1973-cü ildən 1986-cı ilə qədər Bakı şəhər 217 saylı orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1986-cı ildən hal-hazıra qədər Bakı şəhərindəki 276 saylı orta məktəbdə fizika müəllimi işləyir.

Orta məktəbin “Fizika-9”, “Fizika-10” (I nəşr) və “Fizika məsələləri-7” dərsliklərinin redaktoru, “Fizika məsələləri-8” dərsliyinin müəlliflərindən biri olmuşdur.

1971-ci ildə universiteti bitirdikdən sonra əmək fəaliyyətini gənc nəslin təlim-tərbiyəsinə həsr edən Aydın İbrahimov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq etmiş, test suallarının tərtibində və ekspertizasında yaxından iştirak etmişdir.

Ailəsi
Ailəlidir, 3 övladı, iki nəvəsi var.

Həyat yoldaşı Hacıyeva Hürü ingilis dili müəllimi işləmişdir və hal-hazırda təqaüdçüdür.

Oğlu Rəşad Türkiyədə iqtisadiyyat üzrə ali təhsil almışdır. Türkiyədə yaşayır və orada işləyir.

Qızı Günel iqtisadçıdır. Oğlu Həsən memardır, Bakı şəhərində çalışır.


Tarix: 06.02.2015 / 15:44 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan