Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhbəddin Səməd

Həyatı
Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Öz yaradıcılığında sənədli hekayələrə üstünlük verir. Məqalə, esse və portret oçerkləri dövri mətbuatda müntəzəm çap olunur. Toğrul Nərimanbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Fikrət Əmirov barədə elmi-kütləvi oçerkləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburqda dərc edilmişdir. "Uzaq və yaxın Lütfi Zadə", "Alim", "Körpülü", "Ömür", "Musiqişünas", "Luvr", "Toğrul" çoxseriyalı sənədli filmlərinin ssenari müəllifidir.

Amerikada yaşayan dünya şöhrətli Azərbaycanlı alim, professor Lütfü-Zadə barədə geniş məlumatı 1980-ci ilin axırlarında Azərbaycan içtimayətinə ilk dəfə o çatdırmışdır. Böyük alimə həsr olunmuş 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filmi (1998) və alimin həyat və yaradıcılığından bəhs edən "Dünya dahilərsiz yaşaya bilmir" kitabı (2000) (Azərbaycan, Türk və Rus dillərində) onun qələminin məhsuludur.

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1979).

Əsərləri
1.Nağıllar yalan olmur. Bakı: Yazıçı, 1983, 131 səh.
2.Dialoqlar. Bakı: Azərnəşr, 1983, 102 səh.
3.Toğrul Nərimanbəyov. Bakı: İşıq, 1984, 600 səh.
4.İncəsənət ustaları. Bakı: İşıq, 1987, 180 səh.
5.Tofiq Dadaşov və onun psixoloji etüdləri. Bakı: Azərnəşr, 1987, 160 səh.
6.Səsin sehri varmış. Bakı: Şuşa, 1994, 178 səh.
7.Rənglə musiqinin harmoniyası. İtaliya: Omeqa Arte, 1998, 120 səh.
8.Dünya dahilərsiz yaşaya bilmir. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2000, 207 səh.
9.Yaddaşımın yaşıdları. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003, 473 səh.
10.Şux rənglərin təranəsi 2011, 352 səh.
11.Мир не может существовать без гениев, 2011, 156 səh.
Filmoqrafiya
Uzaq və yaxın Lütfi Zadə (Azərbaycan və İnglis dilində)(film 4 seriya, 1998)
Ömür (Akademik Tofiq Əliyevə həsr olunub film, 1999 )
Körpülü (film, 2000 )
Luvr (film, 2000)
Musiqişünas (prof. Ramiz Zöhrabova həsr olunub) (film, 2001)
Alim (prof. Rafiq Əliyevə həsr olunub. Azərbaycan və İngilis dillərində) (film, 2002)
Toğrul (xalq rəssamı, dövlət mükafatları lauriatı Toğrul Nərimanbəyova həsr olunub Azərbaycan və Rus dilində) (film, 2010)


Tarix: 05.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Qərbi Azərbaycan
loading...