beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhli-sünnə Kitablarında Hz.Mehdi(ə.f.)

Əhli-sünnə
kitablarında Hz.Mehdi(ə.f.)
barəsində olan bir neçə qeydi
təqdim edir:
1.Hz. Əli(ə) buyurdu: “Rəsullullah
(s) dedi ki, dünyanın sonuna bir
gün də qalsa, Allah zülmlə
dolmuş dünyaya ədaləti
bərqərar etməsi üçün, bizdən
bir nəfər göndərəcəkdir.”
- Müsnəd-i Ahməd bin Hanbal,
c.1, səh. 99, hədis: 734; Sünən-i
Əbu Davud, hədis: 3734; Etiqad-
i Beyhəqi, səh.105; Yənabî’ül-
Məvəddə, səh.432; Nur’ül-
Əbsar, səh.145.
2.Əbu Səid Xudridən:
“Rəsullullah(s): Zülm və
haqsızlıq yer üzündə hakim
olmadıqca qiyamət qopmaz.
Daha sonra mənim Əhl-i
Beytimdən bir nəfər zühur
edəcək və haqsızlıqla dolu
dünyanı haqq-ədalətlə
dolduracaqdır.”
Müsnəd-i Əhməd, c.3, səh. 36,
hədis: 10887; el-Müstədrək, c.4,
səh. 557; Yənabî’ül-Məvəddə,
səh.186.
3.Əbu- Hüreyrədən: “Allah Rəsulu
belə buyurdu: Əgər dünyanın
sonuna sadəcə bir gün qalsa,
Allah o günü Mehdi (ə)
hökümətə rəhbərlik etsin deyə
uzadacaqdır”
- Səhih-i Tirmizî, hədis: 2157;
Müntəxab-u Kenz’il-Ummal, c.6,
səh. 30; Məsabîh’üs-Sünnə,
Əşrat’us-Sâa babı; Sünən-i Əbî
Davud, hədis: 3733.
4. Rəsullulah(s) xütbə deyib,
qiyamətdə olacaqlardan bəhs
edirdi. Dedi ki,Allah qiyaməti
övladlarımdan birini göndərənə
qədər uzadacaqdır, onun adı
mənim adımdır. Salman: “Ey
Allahın Rəsulu! O hansı
oğlundan olacaq? Deyə
soruşulanda, əli ilə Hüseynin(ə)
çiyninə vurdu və dedi: “bu
oğlumdan.”
Zəhair’ul-Uqba, səh.136, Misir
nəşri; Yənabî’ül-Məvəddə, səh.
488-490. Bu hədisi Əbu Nuaym
də “Hadisen Fî Zikr’il-Məhdi”
kitabında qeyd etmişdir.
5.Rəsullullah(s) belə
dedi: “Həqiqətən, Əli(ə) məndən
sonra ümmətimin imamıdır və
onun nəslindən olan Qaim
Muntazar zühur etdiyi zaman
haqqı, doğruluğu, ədaləti
yayacaqdır. Məni müjdələyən
və qorxudan olaraq göndərənə
and olsun ki, onun qeyb olduğu
dövrdə ona sadiq olub, bu
uğurda çalışanlar çox az
olacaqdır, onlar nadir dərman
kimidilər” bu zaman Cabir sual
verdi: “ Ya Rəsullulah! Evladın
Qaim qeybmi olacaqdır?”
Peyğəmbər(s): “ Rəbbimə and
olsun ki, möminlər imtahan
olub, günahlardan
təmizlənəcək, inanmayanlar
həlak olacaqlar. Ey Cabir, bu
Allahın qullarından gizlədiyi
ilahi bir işdir, Onun
əzəmətindən bir sirdir. Şübhə
etməkdən çəkinin, çünki Allahın
işinə şübhə etmək küfrdür”
Yənabî’ul-Məvəddə, səh. 494.
6.Hz. Əli(ə): Rəsulullah(s)
buyurdu: “Hüseynin
övladlarından biri ümmətimin
arasında qiyam etmədikcə
dünya dağılmayacaq. O yer
üzünü zülmün dolduğu kimi
haqla dolduracaqdır.”
Yənabî’ul-Məvəddə, səh. 285,
445.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar