Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədtəği Misbah Yəzdi

Məhəmmədtəği Misbah Yəzdi (31 yanvar 1934) — İranın islam alimi, müctəhid.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Məhəmməd Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır. Lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331-1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin “əl-Mizan”, İbn Sinanın “Şifa” və Molla Sədranın “Əsfar” kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat “Besət və İntiqam”ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə “Həqqani” mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir. İnqilabdan əvvəl və sonra imam Xomeyninin himayət ilə bir neçə universitet, mədrəsə, müəssisənin əsasını qoymuşdur.

Bu böyük İslam mütəfəkkiri, hal-hazırda imam Xomeyni adına təhsil və araşdırmalar mərkəzində müdir vəzifəsində çalışır. 1369-cu ildə İranın Xuzistan vilayəti tərəfindən, sonralar isə Tehran tərəfindən “Xübreqan” məclisinə nümayəndə seçilmişdir. O, müxtəlif və çox saylı əsərlərin o cümlədən, İslam fəlsəfəsi, ilahiyyat, əxlaq və İslam sxolastikası elminə aid əsərlərin müəllifidir. Bu əsərlərdən bir neçəsi Azərbaycan dilinə tərcümə olunmuşdur.


Tarix: 24.02.2013 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar
loading...