beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbn Həcərin yəhudiyə verdiyi möhtəşəm cavab

Böyük sələf alimi və Misirin ali hakimi olan İbn Həcər əl-Əsqaləni (rahiməhullah) bir gün təm-taraqlı halda küçə ilə gedərkən qarşısına kasıb bir yəhudi çıxdı. Yəhudi “Dur!” deyərək İbn Həcəri saxlatdı və ona dedi:

- Sən Peyğəmbərinizin bu sözünü mənə necə izah edə bilərsən: “Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir!”[1] Bax, mən kafirəm, lakin kasıbam. Sən isə möminsən, lakin var-dövlət içindəsən!

İbn Həcər (rahiməhullah) buyurdu:

- Əgər sən kafir kimi ölsən, Axirətdəki əzablarla müqayisədə bu dünyada Cənnət həyatı yaşayırsan. Bütün möhtəşəmliyim ilə mənə gəldikdə isə Uca Allah məni Cənnətə salsa, Cənnət bağlarında əldə etdiyim səadətlə müqayisədə bütün dünya nemətləri zindan kimi görünəcək.

Bu sözləri eşidən yəhudi şəhadət gətirərək, İslam dinini qəbul etdi!


[1]- Muslim, 2956

[“Xəyal və Həqiqət” kitabından...]

__________
əz-Zubeyr


Tarix: 08.04.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar