beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Məhəmməd Höccət Kuhkəməri

Seyid Məhəmməd Höccət Kuhkəməri (1891-1952)—müctəhid, ayətullah əl-üzmaMündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Ayətullah Höccət Mərənd mahalının Kuhkəmər kəndində anadan olub. O böyük alim və fəqihin əsil-nəcabəti Kuhkəməri seyidlərindəndir. Bu barədə dövrümüzün “Naqibəs-sadat” ləqəbi ilə tanınmiş alimi Əllamə Mərəşi-Nəcəfi belə qeyd edir: “Təbrizin Kuhkəməri seyidləri Hüseyni seyidləri hesab olunur. Ayətullah Höccət də həmin seyidlərdən sayılır. Anamın ata və babaları bu seyidlərdəndir. Şöhrət və paklıqda bu nəcib nəsil camaat arasında özünə məxsus yer tutur.”

Bu tanınmış nəslin ulu babası seyyid Məhəmməd Misridir. O öz dövründə “Hicazi” ləqəbi ilə tanınırdı. Seyid Hicazi 4-cü imam həzrət Səccadın (ə) nəvələrindən sayılan imamzadə Əliəsğər ibn Əli ibn Hüseynin (ə) nəvələrindəndir. Ayətullah Höccət 25 vasitə ilə həzrət Hüseynin (ə) nəvələrindən sayılır.

Ayətullah-üzma Seyid Məhəmməd Höccət (r) hicri-qəməri 1310 cu (m.1891) ilin şəban ayında Mərənd mahalının Kuhkəmər kəndində dunyaya göz açamışdır. İlk tərbiyəsini ata və anasının yanında almışdır. Bununla yanaşı o həzrət kiçik ikən atasının yanında müqəddimə dərslərə başlamışdır. Cavan yaşlarında az bir müddətdə fiqh, üsul, riyaziyyat, fəlsəfə, tibb, fizika, kimya və s. elmlərə yiyələnir. Bu barədə belə qeyd edir: ”Tamam Şərhi-kəbir elmini atamdan öyrəndim. İki cild Lümə kitabını özüm mütaliə etdim, sonra həmin kitabdan iki dəfə dərs dedim.”

Ayətullah Höccət hicri-qəməri 1330-cu (m. 1910) ildə təqribən 20 yaşında ikən elmini artırmaq üçün Nəcəfül-əşrəf şəhərinə yollanır. Burada müxtəlif elmlər üzrə alim və ustadlardan dərs alır. O cümlədən fiqh üzrə “Ürvətül-vusqa” kitabının müəllifi Əllamə Təbatəbai Yəzdi, hədis və rical üzrə Aqa Seyid Əbuturab Xansari, Ayətullah Şəriət İsfəhanidən, Hacı Şeyx Əli Qoçanidən, Ayətullah Mirzə Hüseyn Naini və Ayətullah Firuzabadi və s. alimlərdən dərs alır.

19 il sonra, hicri-qəməri 1349-cu (m.1929) ildə Qum şəhərinə qayıdır və orada mərhum Şeyx Əbdül-Kərim Hairi tərəfindən Məsumə xanımın (s.ə.) hərəmində camaat namazı üçün imam təyin olunur.

Ayətullah Əbdül-Kərim Hairinin vəfatından sonra bütün məsuliyyətlər Ayətullah Höccətin üzərinə düşür. Müsəlmanlar tərəfindən daxil olan şəri suallara cavab verməklə yanaşı tələbə yetişdirməyə başlayır.

Tanınmış arif Rəcəbəli Xəyyat (r) Ayətullah Höccət barədə belə buyurur: ”Qəlbində dünya cəh-cəlalı, şan-şöhrətindən əsər yox idi.” Buna görə Şeyx özü üçün Ayətullah Höccəti mərcei-təqlid seçmişdir.

O böyük fəqih 62 yaşında, 1331 hicri şəmsi (m. 1952) ilində bazar ertəsi günü dünya ilə vidalaşdı. Mərhum Ayətullah Seyid Əhməd Zəncani (1308-1393) mərhum Ayətullah Höccətin (r) vəsisi idi. O belə buyurur: ”1371-ci il, şəban ayının 3-cü günü İmam Hüseynin (ə) təvəllüd günü O həzrət mənə dedi: ”Dünən gecə həzrət Hüseyni (ə) yuxuda gördüm. Mənə dedi ki, öz qəbrini məscidin kənarında hazırla” Bu sözü o zaman dedi ki, hələ məscid tikilməmişdi.


Tarix: 24.02.2013 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 393 Bölmə: Maraqlı melumatlar