beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirtədə əməl dəftərlərimiz bizə veriləndə görəsən halmız necə olacaq

Qiyamət günü elə insanlar olacaq ki, başqalarına öz kitablarını təqdim edəcəklər ki, alın kitabımı oxuyun. Həyatda onun kitabına ancaq yaxşılıqlar yazılıb. Bu kitab insanın həyatda olan kitabıdır. Həmin kitab ki, insan dünyasını dəyişəndə deyirik ki, onun kitabı bağlandı. Hal-hazırda Kitabımız açıqdır. Kitabımıza çoxlu günahlar yazırıq, haramlar yazırıq. Heç bilmirəm biz hansı üzlə, hansı yaxşı əməlimizlə başqalarına deyə biləcəyik ki, alın kitabımı oxuyun.

Bunu deyən neçə nəfər olacayıq? Allah təala bizə buyurur: "Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” Bundan belə o, xoş güzəran içində, Yüksək bir Cənətdə olacaqdır. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). (Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!). Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm (səltənətim) də məhv olub getdi!” (əl-Haqqə (Haqq olan qiyamət) surəsi, 19-29).

). Oturub hönkür-hönkür ağlamaq lazımdır. Görün Allah təala nə buyurur: "Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onunla yüngül haqq-hesab çəkiləcək və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: “Ay öldüm!” – deyə şivən qopardacaq və Cəhənnəmə vasil olacaqdır!" (əl-İnşiqaq (Yarılma) surəsi, 7-12). Çox ağladıqdan sonra isə belə nəticəyə gəlmək lazımdır ki, artıq günahları, haramları tərk edək! Artıq kitabımıza yaxşı sözlərimizin, yaxşı əməllərimizin yazılmasına nail olmağa çalışaq. Unutmayaq, bu məsələdə ancaq Allah bizə kömək olmalıdır. Allahdan istəyirik ki, bütün günahlarımızı bağışlasın! Amin! Allah təala yaxşı əməllərimizin sayını çox etsin! Amin! Allah təala Kitabımızda heç bir günah saxlamasın. Amin! Allah təala günahlarımızı gizləsin! Amin! Allah təala buyurur: "Biz hər bir insanın əməlini öz boynundan asar, və qiyamət günü açıq kitab kimi qarşısına qoyaraq "Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən!" (əl-İsra,13-14). Allah təala buyurur: "Hər kəs sabah üçün qabaqcadan nə hazırladığına nəzər salsın" (əl-Həşr,18). Allah təala buyurur: "Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz" (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 71). "Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)" (əl-Vaqiə (Vaqiə) surəsi, 8). İnsanın əməl, həyat kitabı budur. Ona təqdim olunacaq. Təsəvvür edin ki, çoxlarımızın kitabı indiyə qədər günahlarnan doludur. Düşünün ki, bəzilərimizin kitabları əvvəllər yaxşı əməllər yazılıb, sonradan oraya güanhların yazılmasına səbəb olan işlər görürürk. Bəs halımız necə olacaq? Gec deyil. Gəlin Rəbbimizə doğru yol alaq. Çünki biz ona qayıdacayıq. Görün uca Allah nə buyurur: "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)" (əl-İnşiqaq (Yarılma) surəsi, 6). Əziz müsəlmanlar! Hamımız özümüzü düzəltməyə çalışaq. Əməllərimizi islah edək, günahlarımıza görə Allahdan bağışlanmağımızı istəyək. Həmişə həyatda sözündə, əməlində, işində doğru olmağa çalışaq. Bunu bizə bizi yaradan uca Allah əmr edir: " (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.

-------------
Əkrəm Həsənov (ilahiyyatçı).


Tarix: 08.04.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar