beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hemd Yalniz Ona Mexsusdur

Həmd yalnız ONA məxsusdur...


Bir dəfə Əzdi-Şənuə qəbiləsindən Dimad bin Sələbə ümrə ziyarəti üçün Məkkəyə gəlmişdi.
Dimad həkim olmağa həvəslənir, ruhi xəstələri müalicə edir və elm əldə etməyə
çalışırdı. Müşriklərin “Məhəmməd (haşa) dəlidir”, dediklərini eşitdikdə, öz-özünə:
“Mən gedib bu şəxsi görüm və müalicə edim.
Bəlkə ALLAH ona mənim əllərimlə şəfa verər”, deyərək müşriklərin məclisindən ayrıldı.
Həmin gün Peyğəmbəri (s.a.v) axtardı və tapa bilmədi.
Ertəsi gün təkrar axtarmağa başladı və bu dəfə onu tapdı: “Ya Məhəmməd!
Mən ruhi xəstəliyi müalicə edirəm, istəyirsənsə səni də müalicə edim.
Bəlkə ALLAH sənə şəfa verər”- dedi.



Hz. Peyğəmbər (s.a.v.) ona belə qarşılıq verdi:“Həmd yalnız ALLAHa məxsusdur.
Biz Ona həmd edir, yardımı və bağışlamağı Ondan diləyirik.
Nəfslərimizin şərindən ALLAHa sığınırıq. ALLAHın doğru yola çatdırdığını azdıracaq
olan yoxdur. Azdırdığını da doğru yola çatdıracaq olan biri yoxdur.
Mən şəhadət edirəm ki, ALLAHdan başqa heç bir ilah yoxdur.
O təkdir, Onun tayı və bənzəri yoxdur.
Yenə şəhadət edirəm ki, Məhəmməh Onun qulu və rəsuludur.”



Peyğəmbərimizin (s.a.v.) dedikləri Dimadın xoşuna gəldi:

“Mən heç vaxt bundan daha gözəl bir kəlam eşitmədim!
Sən bu sözlərini mənə bir daha təkrar edərsənmi?” dedi.

ALLAHin Rəsulu sözlərini təkrarladı.
Dimad bu inci kimi gözəl sözləri iki dəfə də təkrar etdirdikdən sonra:

“ALLAHa and olsun ki, mən kahinlərin də, sehrbazların da, şairlərin də sözlərini
dinləmişəm. Amma sənin bu söylədiklərin kimi heç bir söz eşitmədim.
əlini ver sənə beyət edim”, dedi.
RəsulALLAH (s.a.v.) əlini uzadınca Dimad beyət edib müsəlman oldu ...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar