beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZ QILMAQ INSANIN NICATIDIR

Namaz qılmaq insanın nicatıdır
İnsan özünü nəfsani istəklərdən qoruyub, Allaha pərəstiş etməklə öz şəxsiyyətinə önəm verir. Maddi maraqlarının quluna çevrilməyən mö`min insan azad yaşayır, sağlam düşünür və həmişə böyük ruh yüksəkliyi ilə həyatını davam edir. Onun belə yaşamasına səbəb ən uca bir qüdrətə - Allaha bağlı və kiçik, puç ünsürlərdən asılı olmamasıdır. Allah-taala bu gözəl əxlaq sahiblərini Qur`ani-kərimdə yad edərək onları nicat tapmışlar adlanıdırır.







“(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”
Başqa bir surədə Allahın digər fərzləri ilə yanaşı namaz qılanların uca şəxsiyyətli olmasına işarə edilir.
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَالَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ




“Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” .

Namaz fərdi və cəmiyyəti islah edir
Ümumiyyətlə, Allahın əmrlərini yerinə yetirib, haram edilən əməllərdən uzaqlaşmaq yer üzündə ən mütərəqqi dövlətin yaranmasına səbəb olar. İslam dinində əmr xarakteri daşıyan şeylər insanları elmə, ədalətə, bərabərliyə, mübarizəyə, çalışmağa, səadətə və s. də`vət etdiyi halda qadağalar isə onları azğınlıqdan, zəlalətdən uzaqlaşdırır.
Dinin vacib əməllərindən biri olan namaz da bu keyfiyyətə malikdir. Qur`ani-kərimdə Allah bu məsələni belə xatırladır:
وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُواْ الصّلوةَ إِنَّا لاَ نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ







“Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”




Dini inanc insanı bütün çirkinliklərdən, nəfsani istəklərin ifrat halı alması təhlükəsindən xilas edir. Dinin qaydalarına əməl edən şəxs formalaşmış bir fərd olduğu üçün özünə hörmətlə yanaşdığı kimi, başqaları ilə də hörmətlə davranır və özünü rəzil əxlaqi keyfiyyətlərdən islah etdiyi kimi başqalarını da bu keyfiyyətdə görməyə çalışır. Cəmiyyəti təşkil edən fərdlər olduğu üçün onların islahı böyük bir kütlənin islah olunması ilə nəticələnir.


Tarix: 03.06.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar