beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN UĞULTUSU VƏ QƏZƏBİ

“(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar”. (əl-Ənbiya 101-102).

O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər”. (Furqan 12). “Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir! Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar”. (əl-Mulk 6-8). Şəhiq – Cəhənnəmdən çıxan səs, eşşək səsi kimi. Şəhiq – sinədən gələn səs. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim mənim söyləmədiyim bir şeyi mənə isnad edərsə özünə Cəhənnəmin iki gözü arasında bir yer hazırlasın”. Səhabələr: “Ya Rəsulullah! Cəhənnəmin iki gözümü var?”. O: “Bəli” dedi və bu ayəni oxudu: “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər”. (Furqan 12). Uzaqdan – kəliməsini 100 il məsafəsində olduğunu söyləmişlər. Muğis b. Səmi – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm hər gün iki dəfə uzun uzadı nəfəs alıb verir. Bunu da imtahana məruz qalan insan və cinlərdən başqa hər bir şey eşidir (Başqa rəvayətdə: Qiyamət günü bunu eşidən Mələklər və Peyğəmbərlər qorxudan səcdəyə qapanırlar və: Ya Rəbbim! Nəfsim, nəfsim. Bu gün nəfsimdən başqa heş kimsəyə zamin deyiləm” deyərlər)”. “O gün (Qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!”. (ən-Nəhl 111).


Tarix: 11.04.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar