Sual: Tütün şirkətindən lisenziya alaraq tütünlə ticarət edənin hökmü nədir? 
Cavab: Tütün çəkmək haramdır. Tütün əkmək də haramdır və bununla ticarət etmək də haramdır. Çünki bunda böyük zərər var. Hədisdə belə varid olmuşdur ki: “Nə zərər vermək var, nə də zərərə zərərlə cavab vermək”. 
Həmçinin bu cür ticarət xəbis şeylərdən sayılır. 
Allah təala Peyğəmbər sallallahu aleyhi və səlləmi vəsf edərək belə buyurur: 
“O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər” . (əl-Əraf 7:157) 
Allah təala buyurur: 
“(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur” (Maidə 5:4). 
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun. 
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.31, Sual 1, Fətva ? 4947
Tarix: 06.04.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar