beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adının oxunduğu zaman

Sən bu halda ikən birdən-birə yüksək səslə adın oxunar, növbə sənə gələr.Gəlib-keçmiş bütün məxluqatın hüzurunda öz adınla belə çağırılarsan: ″Hardadır filankəs oğlu (və ya qızı) filankəs?! Əziz və Cəlil olan Allaha təqdim
edilməyə gəl!″ Səni aparmaq üçün vəzifələndirilmiş mələklər nəhayət səni Rəbbinə yaxınlaşdırarlar. Çağrılanın sən olduğuna əmin olduqları üçün adına bənzər başqa adlı insanların da olması onları çaşdırmaz.

Talha bin Əmr bizə xəbər verdi ki: Mənə Ibn Əbi Rəbah belə dedi: Ey Talha! Sənin adın və mənim adım kimi nə qədər çox ad vardır! Qiyamət günü:″Ey Filankəs!″ deyildiyi an qəsd edilən insan qalxar. Başqası qalxmaz. Çünki qəlbinə sən olduğuna dair əminlik doğar. O saniyə ayağa qalxarsan. Bütün vücudun titrəyər. Orqanların çırpınar, rəngin qaçar. Qorxan, ürkən və titrəyən ürəyin köksündə atar. Səni aparmaqla vəzifələndirilmiş mələkləri görəndə səni müdhiş bir iztirab, titrəmə və qorxu tutar. Qullar içərisində çağırılanın səndən başqası olmadığını çox yaxşı bilərsən. Mələklər əllərini sənə uzadar, səni asanca yaxalayarlar. Sonra səni çəkib apararlar. Əziz və Cəlil olan Allaha ərz edilmək və onun hüzüründa dayanmaq üçün sürüyərək səflərin arasından keçirərlər. Sən onların arasından çəkililib aparılarkən bütün məxluqat
gözlərini sənə dikər.


Tarix: 11.04.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar