beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin duaları

Belə dualardan biri ibn Hibbanın “Sunan” və “Səhih”inə daxil olan Abdullah bin Bureydin hədisində gətirilir. Onlarda Bureydin sözlərindən rəvayət edilir ki, bir dəfə Allahın Rəsulu (sav) , bir kişinin; “Allahım, həqiqətən Sənin Allah olduğuna görə və Səndən başqa ibadətə layiq olmayana görə, Tək, bütün məxluqatın sənə möhtac olduğuna görə, nə doğan nə doğulan, bərabərin olmadığına görə Səndən istəyirəm (Allahumə inni əsaluka bi-annaka anta-Llahu lə ilaha illə anta, əl-əhadu-s-səmədu, əl-ləzi ləm yalid və ləm yulləd və ləm yakun ləhu kufuvan əhəd.”). O dedi:” O Allahın elə adı vasitəsi ilə istədi ki, ona görə Ondan onunla istədikdə O bəxş edir və onun vasitəsi ilə Ondan dua etdikdə O cavab verir”. Rəvayətlərin birində deyilir: “O Allaha Onun əzəmətli adı vasitəsi ilə müraciət etdi”.

İbn Hibbanın “Sunay”ında və “Səhih”ində Ənəs bin Malikin aşağıdakı hədisi rəvayət edilir: “Bir dəfə mən Peyğəmbərlə məsciddə oturmuşdum bir nəfər isə namaz qılaraq dedi: “Ey Allahım, həmd Sənə məxsus olduğuna görə və Səndən başqa ibadətə layiq haqq-məbud olmadığına görə , Kəramətli, göyün yerin Xaliqi olduğuna görə diləyirəm. Ey İzzət və İkram Sahibi! Ey Diri Əbədi mövcüd olan! ( Allahuma inni əs`aluka bi-ənna ləkə-l- həmdu lə iləhə illə əntə, əl-mənnənu bədi`u-s-samavati va-l-ardı, ya zə-l-Caləli və-l- Ikrami, ya Hayyu ya Qayyum”.) Onda Peyğəmbər (sav) , buyurdu: “O Allaha əzəmətli adı vasitəsilə dua etdi. Bu adla Ona dua etdikdə O cavab verir və Ondan bu adla istədikdə bəxş edir.”.
Hər iki hədisi həmçinin imam Əhməd “Müsnəd”ində gətirib.


Ət-Tirmizinin “Sünanə”sində Əsma bint Yezidin rəvayəti gətirilir ki, Peyğəmbər(sav) , buyurdu: “Allahın Əzəmətli adı bu iki ayələrdədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163) və “Ali-İmran” surəsinin əvvəlində; “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur” (Ali-İmran, 1-2)”. Ət-Tirmizi bu hədisi səhih adlandırıb.

Imam Əhmədin “Müsnəd”ində və əl-Hakimin “Səhih”ində Əbu Hüreyradan o da Ənas bin Malikdən və Rəbia bin Əmirdən rəvayət edilir ki, Peyğəmbər (sav) , buyurdu: “Cəlal və İkram sahibinə yalvarın (Ya zə-l-cələli və-l-ikram”) . Bu o deməkdir ki, bu sözlərdən yapışın və Allaha bu sözlər vasitəsi ilə daimi müraciət edin.

Ət-Tirmizinin “Sünanə”sində Əbu Hüreyranın aşağıdakı hədisi rəvayət edilir: “Peyğəmbəri nə isə əndişəyə saldıqda o əllərini səmaya qaldırardı və səylə dua edərək deyərdi: “Ey Diri! Ey Əbədi olan! ( Ya Hayyu ya Qayyum!”).

Orada həmçinin Ənas bin Malikin aşağıdakı hədisi rəvayət edilir: “Peyğəmbəri nə isə narahat etdikdə o deyərdi: “Ey Diri! Ey Əbədi olan! Rəhmətinə sığınıram/ Ya Hayyu ya Qayyumu bi-rəhmətikə astaqis”.

Əl-Həkimin toplusunda Əbu Ummənin hədisi gətirilir ki, Peyğəmbər (sav) , buyurdu: “Allahın əzəmətli adları Quranın üç surəsindədir: “Əl-Bəqərə”, “Ali-İmran” və “Ta ha”. Əl-Kasim deyib: “Mən onu axtardım zənn edirəm ki, bu adlar Diri və Əbədi olandır”.

Ət-Tirmizinin “Sünanə”sində və əl-Hakimin “Müstadrak”ında Sad bin Əbu Vakkasdan rəvayət edilir ki, Peyğəmbər (sav) , buyurdu: “Balığın qarnında olduqda Zun-n-Nun dua edərək deyərdi: “Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Pak və Nöqsansızsan. Həqiqətən, mən zalımlardan olmuşdum (Lə iləhə illə ənt subhanəkə inni kuntu minə-z-zalimin”). Həqiqətən müsəlman bu sözlər vasitəsi ilə nə istəsə Allah mütləq ona cavab verər”. Ət-Tirmizi hədisi səhih adlandırıb.

Əl-Hakimin “Müstadrak”ında Sadın hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) , buyurdu: “İnsanın başına gələn bəlanın Allah tərəfindən dəf edilməsi üçün necə dua etmək barəsində sizə xəbər verimmi? Bu Zu-n-Nunın duasıdır”.

Həmin topluda rəvayət edilir ki, əshabələrdən Sad Peyğəmbərdən (sav) , belə eşitmişdir: “Allahın əzəmətli adına sizə işarə edimmi? Bu Yunusun duasıdır”. Bir kişi soruşdu: “Ey Allahın Rəsulu bu yalnız Yunusa aiddir?” o dedi: “Sən Uca Allahın “Biz onun duasına cavab verdik və kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik” sözlərini eşitməmisənmi? (Əl-Ənbiya, 88). Müsəlman xəstəlik zamanı bu sözlərlə qırx gün dua edib vəfat edərsə şəhidin savabını alar, sağalarsa (günahları) bağışlanar”.

Hər iki “Səhih”də ibn Abbasın hədisi rəvayət edilir ki, Allahın Rəsulu , kədər vaxtı deyərdi: “Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli, Mülayim Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli ərşin Rəbbi Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səmaların Rəbbi və yerin Rəbbi, və nəcib ərşin Rəbbi. / Lə iləhə illə-l-lahu-l-azımu-l-həlim, lə iləhə illə-l-lahu rabbu-l-arşi-l-azım, lə iləhə illə-l-lah rabbu-s-səməvati va rabbu-l-ardı va rabbu-l-arşi-l-kərim”.

Imam Əhmədin “Müsnəd”ində Əli bin Əbu Talibin sözlərindən aşağıdakı hədis rəvayət edilir: “Allahın Rəsulu məni kədər tutduqda bu sözləri deməyi öyrədib: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Həlim, Kərimdir! Allah nöqsansızdır və Allah tabarakdır, əzəmətli Ərşin Rəbbidir! Aləmlərin Rəbbinə həmd olsun! / Lə illəhə illə-Llahu-l-halimu-l-kərimu, sübhənə-Llahi və tabaraka-Llahu rabbu-l-arşi-l-azımi, əl-həmdu lilləhi rabbi-l-aləmin”.

Həmin “Müsnəd”də Abdullah bin Masudun hədisi rəvyət edilir ki, Allahın Rəsulu , buyurub: “Əgər hansısa qulu kədər və narahatlıq bürüyübsə və o: “Allahım! Mən Sənin qulunam, Sənin qulunun oğluyam, Sənin kənizinin oğluyam! İxtiyarım Səndədir. Mənim barəmdə verdiyin hökm keçərlidir, bəxş etdiyin tale ədalətlidir. Sənə özün verdiyin, yaxud öz Kitabında nazil etdiyin, məxluqlarından birinə öyrətdiyin, yaxud öz yanında saxladığın qeyb elmində malik olduğun bütün adlarla yalvarıram ki, Quranı qəlbimin baharı, köksümün nuru et, qəmimdən və narahatlığımdan xilas olmağa səbəb et! / Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nəsıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əsəlukə bikulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, au ənzəltəhu fi kitəbikə, au alləmtəhu əhədən min xalqikə, au istəsərtə bihi fi ilmi-l-ğeybi indəkə, ən təcalə-l-quranə rabia qalbi, va nura sadri, va cələə huzni va zəhəbə həmmi”, - desə, onda Allah mütləq onu kədər və narahatlıqdan qurtararaq onları sevinclə əvəz edər”. Ondan soruşdular “Ey Allahın Rəsulu bu sözləri əzbərləyək?” O dedi: “Əlbəttə, onları eşidən hər kəs onları əzbərləməlidir”.

İbn Masud dedi: “Peyğəmbərlərin hansını kədər üstələsəydisə o mütləq xilası (Allaha) tərifdə axtarardı”.

Ibn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi. Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir. O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.
- Bu halda icazə ver dörd rükət namaz qılım.
- İstədiyin qədər qıl! –quldur dedi.
O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkünə görə və Ərşinin dayaqlarını dolduran Nuruna görə məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi:
-Dur!
-Atam anam sənə fəda olsun! Sən kimsən? Bu gün Allah sənin əllərinlə məni xilas etdi - o dedi.
- Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən ikinci dəfə dua etdin və mən səma əhlinin səs küyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan onu öldürməyi mənə tapşırmağı xahiş etdim.
Əl-Həsən dedi: “Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə dua ilə (Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı olmayaraq duası qəbul olar”.

Dua edilən şəraitlər.

Insanların güclü istək və Allaha can atmaları ilə müşayət olunan dualara cavab almalarını tez-tez müşahidə etmək olar. Digər hallarda onlar dualarını yaxşı əməllərlə qabaqlayırlar və Allah Sübhanə Təala xeyir əmələ təşəkkür sayəsində onların duasına cavab verir. Hərdən dua rədd edilməyən vaxtda edildiyinə görə qəbul olunur. Insanlar zənn edir ki, sirr duanın sözlərindədir və onun deyildiyi şəraitə fikir vermirlər. Bu halı bir kişinin faydalı dərmanı lazımı vaxtda və düzgün üslübla qəbul edib xeyir görməsi və şəfa tapması ilə, digərinin isə sağalmaq üçün sadəcə dərmanı qəbul etməyin kifayət edəcəyini zənn etməsi ilə müqayisə etmək olar. Çoxları bu məsələdə səhvə yol verir.
Məsələn böyük eytiyac içində olan insan qəbir yanında olaraq dua edə bilər. Cahil insan zənn edə bilər ki, onun duası qəbirə görə qəbul olunub və anlamır ki, sirr onun ehtiyacında və Allaha ixlasla müraciətində idi. Lakin, o Allahın evlərinin birində dua etsə idi onun üçün daha yaxşı olardı və Allaha daha xoş olardı.
Yardım üçün dua və müraciətlər silaha bənzəyir, məlum olduğu kimi silahdan istifadə üçün isə yalnız iti ülgüç deyil, güclü əl də lazımdır. Silah tam qaydasındadırsa, onu güclü əl tutursa və ona zərbə endirməyə heç bir şey mane olmursa onda düşmən mütləq məhv ediləcək. Lakin bu üç şərtdən biri yerinə yetirilmirsə onda nəticə əldə olunmur. Beləliklə, dua düzgün deyildirsə, dua dil və qəlblə deyilmirsə və ya duanın qəbul olunmasına maneə mövcüddursa onda onun


Tarix: 12.04.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 510 Bölmə: Maraqlı melumatlar