Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PARTLAYIŞ TÖRƏTMƏDƏN ÖNCƏ... HARA GEDƏCƏYİN BARƏDƏ OXU! (TERRORÇUYA ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNS

TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR
TERRORÇU, QİYAMƏT GÜNÜ XƏYANƏT BAYRAĞINI DAŞIYACAQ
TERRORÇU BAĞIŞLANACAQMI?
TERRORÇUNUN TÖVBƏSİ MƏQBULDURMU?
TERRORÇU, CAHİLİYYƏT ÖLÜMÜ İLƏ ÖLÜR
TERRORÇU, ALLAHIN QARŞISINDA OLARKƏN ONUN HEÇ BİR ÜZRÜ OLMAYACAQ!
QİYAMƏT GÜNÜ TERRORÇU BİRİNCİ MÜHAKİMƏ OLUNACAQDIR!
ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!
TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!
TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!
ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!
TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR!
İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!
İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!

TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR

Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəlmanların əhd-amanları birdir. Hətta aşağı səviyyəli müsəlmanın əhd-amanı qorunur. Kim bir müsəlmanın əhd-amanını pozarsa ona Allahın, mələklərin və bütün insanların lənəti olsun. Belə insanın nə vacib, nə də könüllü əməlləri qəbul olunmaz» Buraxi və Müslim rəvayət etmişdir.
Hədisin mənasına görə müsəlmanların kafirə aman vermələri məqbuldur. Əgər hər-hansı müsəlman onlara aman versə, onun amanında olduğu müddətdə başqa birinin bu amana xəyanət etməsi haramdır. Qeyri müsəlmana aman vermək, onların əminamanlıqda olmaları və rahat yaşamalarını təmin etməkdir. Belə olan halda onların qətlə yetirilməsi, namuslarına toxunulması və mallarının alınması haramdır.

TERRORÇU, QİYAMƏT GÜNÜ XƏYANƏT BAYRAĞINI DAŞIYACAQ

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü xəyanətkar üçün bir bayraq sancılacaq və deyiləcəkdir: bu filankəs oğlu filankəsin xəyanətinin nişanəsidir» Buxari və Müslim rəvayət etmişdir.
Hədisdə deyilən bayraq, əlamət və nişanə mənasını verir. Yəni, qiyamət günü xəyanətkar müəyyən əlamətlə seçiləcəkdir.
Amr ibn əl-Hamiq (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: «Kim bir nəfərin öldürülməməsi üçün ona aman verər və sonra onu öldürərsə, həmin adam qiyamət günü xəyanət bayrağını daşıyacaqdır» Əhməd və İbn Macə rəvayət etmişdir. Tərtibat İbn Macəyə məxsusdur.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) "Əs-Sarim əl-Məslul" adlı kitabında (1/ 91) deyir: "Məlum olduğu kimi, kim bir kafirə aman verdiyini bildirərsə həmin kafiri kafir olduğuna görə öldürmək olmaz. Hətta, əgər düşmən kəsilmiş kafir aparılan danışıqdan müsəlmanın ona aman verməsini düşünərsə, ona əminamanlıq verilməlidir".
"Minhacus Sünnə" adlı kitabında (6/ 425) qeyri müsəlmanların arasında yaşayan müsəlmanın onlarla əlaqəsinin hansı formada olması məsələsinə aydınlıq gətirmiş və demişdir: "Müsəlmanın qəlbində olan iman, kafirlərin dini ilə razı olmadan onlarla doğru, əmanətə sadiq, nəsihətçi və xeyirxah insan kimi yaşamasını tələb edir. Allahın sədaqətli peyğəmbəri Yusif (Ona Allahın salamı olsun) kafir olan Misir əhalisi ilə belə davranırdı".


TERRORÇU BAĞIŞLANACAQMI?

Müaviyə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah hər bir günahı bağışlayar. Yalnız müşrik kimi öləndən, yaxud başqa mömini qəsdən qətlə yetirən mömindən başqa» Əbu Davud və Hakim rəvayət etmişdir.
Sindi adlı alim demişdir: "Hədisdə sanki deyilir ki, hər bir günahın ilkin andan bağışlanmasına ümid vardır. Yalnız möminin qətlə yetirilməsindən qazanılan günahın bağışlanmasına belə ümid yoxdur. Belə günah, əzab görülməmiş bağışlanan deyil. (Dindən çıxaran böyük) Küfr isə əsla bağışlanan deyildir... Həmçinin bu halı tövbə etmədən ölənlərə aid etmək lazımdır. Çünki günahdan tövbə edən kimsə, sanki günahsız kimidir. Elə olacaqdır ki, hətta qatil ilə qətlə yetirilən birlikdə cənnətə daxil olacaqlar. Buna, kafir olarkən başqasını qətlə yetirib, sonradan özü də İslamı qəbul edən kimsəni misal çəkmək olar".

TERRORÇUNUN TÖVBƏSİ MƏQBULDURMU?

Bir nəfər İbn Abbasa (Allah ondan razı olsun) sual verdi və dedi: Ey İbn Abbas, qatilin tövbəsi qəbul olunarmı? İbn Abbas onun sualından təəccüblənərək dedi: Nə deyirsən? O, sualı yenidən təkrarladı. İbn Abbas isə yenə: Nə deyirsən? – deyə soruşdu. Bu iki və ya üç dəfə təkrarlandı. Sonra İbn Abbas dedi: Qatilin tövbəsi necə qəbul olsun? Mən Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qətlə yetirilən kimsə bir əli ilə başını, digər əli ilə qatilini tutaraq, damarlarından qan axa-axa gələcək və ön sıraya qədər irəliləyəcək. Sonra qətlə yetirilən kimsə Allaha deyəcəkdir: Ey Rəbbim, bu məni öldürüb. İzzət və Cəlal sahibi Allah, qatilə deyəcəkdir: Sən xəsarət çəkənlərdənsən. Sonra isə onu atəşə atacaqlar» Tirmizi və Təbərani rəvayət etmişdir.

TERRORÇU, CAHİLİYYƏT ÖLÜMÜ İLƏ ÖLÜR
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahiliyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında döyüşər, öz nəfsinə görə qəzəblənər, yaxud ona dəvət edər və ya onun müdafiəsində dayanarsa onun ölümü cahiliyyət ölümü kimi olar. Kim ümmətimə qarşı çıxıb onların yaxşısını və günahkarını (fərq qoymadan) öldürərsə, möminlərə görə ehtiyat etməzsə, əhd bağlayanın əhdini qorumazsa, o məndən, mən isə ondan deyiləm» Müslim rəvayət etmişdir.

TERRORÇU, ALLAHIN QARŞISINDA OLARKƏN ONUN HEÇ BİR ÜZRÜ OLMAYACAQ!
Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən əlini üzərsə qiyamət günü Allahın hüzurunda onun heç bir üzrü olmaz. Kim boynunda beyət olmadan ölərsə onun ölümü cahiliyyət ölümü kimi olar» Müslim rəvayət etmişdir.

QİYAMƏT GÜNÜ TERRORÇU BİRİNCİ MÜHAKİMƏ OLUNACAQDIR!

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü insanların ilk sorğu-sual olunacaqları əməl, qan haqqı olacaqdır» Buxari və Müslim.

ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!

Ubadə ibn Əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir mömini öldürər və özünün bu qətldə dögru iş tutduğunu düşünərsə Allah ondan nə fərz, nə də nafilə ibadət qəbul etməz» Əbu Davud rəvayət etmişdir.

TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!

Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə cənnət arasında bir maneə olmamasına çalışırsa, sanki bir toyuq kəsirmiş kimi (günahsız insanı öldürüb) əlini bir ovuc qana bulamasın. O hər dəfə cənnətin qapısına yaxınlaşdıqca, bu qan onun cənnətə daxil olmasına mane olacaqdır. Həmçinin kim bacarsa qarnına yaxşı qidadan başqa bir şey aparmasın. Həqiqətən insanın birinci iylənən bədən hissəsi, onun qarnıdır» Təbərani və Beyhəqi rəvayət etmişdir.

TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!

Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim əhd bağlayan kafiri öldürərsə cənnətin iyini duymaz. Halbuki cənnətin iyi qırx illik məsafədən hiss olunur» Buxari rəvayət etmişdir və tərtibat ona məxsusdur. Nəsainin rəvayətində isə deyilir: «Kim zimmilərdən bir nəfəri öldürərsə...».

ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!

Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: «Əgər göy və yer əhli bir nəfər möminin qətlində əlbir olsalar, Allah onların hamısını cəhənnəmə salar» Tirmizi rəvayət etmişdir.

TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR!

Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhənnəmdən bir neçə dəvə çıxıb danışacaq və deyəcəkdir: bu gün mənə üç nəfər tapşırılıb. Onlar: hər bir təkəbbürlü, başqa ilahı Allaha şərik qoşanlar və başqasını haqsız yerə qətlə yetirənlərdir. Sonra dəvə onların üzərinə atılacaq və onları cəhənnəmin dərinliklərinə tullayacaqdır» Əhməd və Təbərani rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!

Cundub (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralanmışdı. Ağrıya dözməyib bir bıçaq götürdü və əlini kəsdi. Qan axıb dayanmadığı üçün öldü. Uca Allah isə buyurdu: Bəndəm öz nəfsini mənə tez təslim etdi, Mən isə cənnəti ona haram etdim» Buxari və Müslim rəvayət etmişdir.


İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özünü dağdan atıb intihar edərsə o, əbədi olaraq cəhənnəm odunda diyirlənəcəkdir. Kim zəhər içib özünü qətlə yetirərsə, zəhər əlində ola-ola əbədi olaraq cəhənnəmdə onu içəcəkdir. Kim özünü dəmir parçası ilə öldürərsə, cəhənnəm odunda əbədi qalaraq əlindəki dəmir parçası ilə qarnına batıracaqdır» Buxari və Müslim.
Digər hədisdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim özünü asarsa, cəhənnəmdə də özünü asar, kim də özünü yaralayıb öldürərsə, cəhənnəmdə də özünü yaralayar» Buxari rəvayət etmişdir.



Deyilən bu şiddətli əzab vədi: nahaq qan axıdan, insanları öldürən, evləri dağıdan, diyarları xaraba qoyan, öz nəfsini partladıb intihar edən, bir çox cəmiyyətlərdə bəlalara, fitnələrə və çəkişmələrə səbəb olan, başqalarını İslamdan ürküdən, Rəhmanın mərhəmət yolunu kəsən terrorçulara aiddir.
Yalnız tövbə edib, iman gətirən və yaxşı işlər görənlər istisna oluna bilərlər!!!


Tarix: 14.04.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Maraqlı melumatlar
loading...