beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ARVADIN ƏRINƏ XIDMƏT ETMƏSININ VACIB OLMASI

Heç şübhəsiz xidmət dedikdə, hər şeydən qabaq, arvadın ev işlərində, o cümlədən övladlarının tərbiyəsində və s. bu kimi işlərdə ərin qulluğunda durmaq nəzərdə tutulur

Alimlər bu məsələdə müxtəlif fikirlərdə olmuşlar. Şeyxül İslam İbn Teymiyyə öz «Fətvalar» əsərində (2/234-235) yazır:
«Alimlər belə bir məsələdə fikir ayrılığına varırlar: qadın evi döşəmək, yemək, içmək, çörək, un, ailə üzvləri, ev heyvanlarını qida ilə tə’min etmək, məsələn yem, ot və s. bu kimi şeylər tapmaq işlərində kişiyə xidmət etməlidirmi? Onlardan bə’ziləri deyirlər: Bu halda xidmət heç də vacib deyildir. Lakin bu zəif fikirdir. Həmçinin bu fikir də zəifdir: Birgə yaşayış və əlaqə heç də vacib deyildir. Bu birgə yaşayış yaxşılıqla deyildir. Ər sənin səfər yoldaşındır. Səfərdə yoldaşına xidmət vacibdir.
Belə bir doğru fikir də vardır: Xidmət vacibdir. Allahın kitabında bildirildiyi kimi, ər-arvadın ağasıdır. Allah Peyğəmbərinin (s.a.s) sünnəsinə görə arvad ərin himayəsindədir, ondan asılıdır. (Göstərilən kitab, səh. 270). Himayədə olan və qul öz ağasının qulluğunda durmalıdır. Çünki bu, savabdır: Onlardan bə’ziləri bunu da deyirlər: «Yüngül işlərdə xidmət vacibdir». Başqalarısa deyir: «Yaxşı işlərdə xidmət vacibdir». Bu sonuncu fikir daha doğrudur. Arvad ərə yaxşılıqla qulluq etməlidir. Yaxşı münasibət müqabilində. Həm də xidmətin növləri şəraitdən asılıdır. Beləki bədəvi (köçəri – tərc.) qadının göstərdiyi xidməti oturaq qadının xidməti, güclü qadının xidməti isə, zəif qadının xidməti kimi deyildir».
Allah təalanın izni ilə bu fikir həqiqətdir. Qadın evin, ailənin qulluğunda durmalıdır. Bu fikri «əl-Fəth» əsərində (9/418) Malik və Asbəğ, «İxtiyarat» (səh. 145) əsərində Hənbəli əl-Cürcani, habelə Əbu Bəkr İbn Əbu Şeybə, «Əl-Zad» əsərində sələfilər və onların xələfləri kimi hədis alimləri irəli sürmüşlər. Bunun əksini göstərən inandırıcı bir dəlilə rast gəlmədik.
Bə’ziləri də deyirlər: «Nikaha girmək iki nəfərdən birinin digərinə qulluq etməsini deyil, bir-birini dinləməsini vacib edir».
Bu fikir də məqbul deyildir. Çünki arvad əri, ər də arvadı eşitməlidir, dinləməlidir. Bu mə’nada onlar bərabərdirlər. Mə’lumdur ki, Allah-təala arvada görə ərin üzərinə bir çox məs‘uliyyətlər qoymuşdur. Bunlara ev xərcləri, paltar, mənzil kimi məsələlər daxildir. Ədalət tələb edir ki, arvad da bunun müqabilində öz ərinin qarşısında müəyyən məs‘uliyyətlərə malik olsun. Bunlara birinci növbədə ərə xidmət aiddir. Xüsusilə ona görə ki, Qur’ani-Kərimdə göstərildiyi kimi, ər arvadın himayəçisidir, qəyyumudur. Əgər arvad ev işlərində ərin qulluğunda dura bilmirsə, onda ər bu işi görməyə, arvada xidmət göstərməyə vadar olur. Bununla arvad evin qəyyumuna, ağasına çevrilir. Bu da Qur’an ayəsinə ziddir. Ayədə sübut edilir ki, arvad ərin xidmətində durmalıdır. Məqsəd də budur.
Həmçinin kişinin qulluqda durması iki tam aydın problem doğurur: Kişinin ev işlərilə məşğul olması onu qida və başqa zəruri şeylər üçün çalışmaqdan yayındırır. Qadınsa evdə görüləsi işlərdən ayrı düşür və bununla ərlə arvadın hüquqlarını bərabərləşdirən və kişini bir dərəcə yüksək tutan şəriət pozulur. Məhz buna görə də Peyğəmbər (s.a.s) qızı Fatimənin (r.a) şikayətini qəbul etmir. Hədisdə deyilir: «O, Peyğəmbərin (s.a.s) yanına əlindəki əl dəyirmanının qabarından şikayət etmək üçün gəlir. Ona xəbər verirlər ki, Peyğəmbər (s.a.s) üçün qul gətirmişlər, amma Fatimə onu tapa bilmir. Bunu Aişəyə deyir. Peyğəmbər (s.a.s) gələndə Aişə bu barədə ona söyləyir. Əli (r.a) deyir: O bizə gəldi. Biz bir yerdə yatmışdıq. İstədik ayağa duraq.
Bizə dedi: Yerinizdə qalın. Gəlib aramızda oturaraq belə buyurdu:
— Sizin soruşduğunuzdan daha xeyirlisini sizə göstərimmi? Əgər birgə yatsanız, yaxud yatağa girsəniz, otuz üç dəfə «sübhən-allah», otuz üç dəfə «əlhəmdulillah», otuz dörd dəfə «Allahu Əkbər» deyin. Bu sizin üçün ev qulluqçusundan daha xeyirlidir. Əli deyir: Mən bunu heç vaxt unutmadım. Soruşurlar: Hətta Siffin döyüşündə də? Deyir: Bəli, hətta Siffin döyüşündə də».(əl-Buxarinin rəvayəti, 9/417-418).
«Göründüyü kimi Peyğəmbər (s.a.s) Əliyə demir ki, ona (Fatiməyə – tərc) xidmət elə. Əksinə, o sənə (Əliyə – tərc) xidmət etməlidir.
İbn əl-Qeyyimin (Allah ona rəhmət eləsin!) dediyi kimi, Peyğəmbər (s.a.s) birtərəfli hökm verməz. Bu mövzu ilə daha artıq məşğul olmaq istəyən «Zədül Məad» əsərinə müraciət edə bilər. (4/45-46)
Yuxarıda arvadın ərin qulluğunda durması zərurəti barədə deyilənlərdən belə bir nəticə çıxmamalıdır ki, kişi bu işdə öz boş vaxtında arvada könüllü şəkildə yardım göstərməməlidir. Əksinə, belə hərəkət ərlə arvadın xoş birgə yaşayışından irəli gəlir. Bu münasibətlə Aişə xanım (r.a) demişdir: «Peyğəmbər (s.a.s) öz ailəsinə xidmət edərdi. Namazın vaxtı gəldikdə isə namaza gedərdi».
Bir çox hədis alimləri, o cümlədən əl-Buxari, ət-Tirmizi bu hədisin səhih olduğunu sübut etmişlər. Ət-Tirmizi “əş-Şəməil” kitabında bu hədisi başqa yolla mö‘minlərin anası Aişədən belə rəvayət edir: «O bəşər övladı idi. Paltarını özü təmizləyər, qoyununu sağar və özünə xidmət edərdi». Allah-təalanın köməyilə evlənmə qaydaları haqqında risalədə demək istədiyimiz bunlardır.

Sonda oxucularımızdan kitabın hazırlanmasında zəhməti olanlara xeyir-dua diləyir, onların etdikləri xəta və günahların bağışlanması üçün Allaha yalvarmalarını xahiş edirik.
SÜBHANAKƏ, ALLAHUMMƏ VƏ BIHƏMDIKƏ. ƏŞHƏDÜ ƏN LƏ ILƏHƏ ILLƏ ƏNTƏ, ƏSTƏĞFIRUKƏ VƏ ƏTUBU ILEYKƏ. (ALLAHIM ALQIŞ VƏ HƏMD SƏNƏDIR! ŞƏHADƏT VERIRƏM KI, SƏNDƏN BAŞQA IBADƏTƏ LAYIQ MƏ’BUD YOXDUR, SƏNDƏN BAĞIŞLANMA DILƏYIR VƏ SƏNƏ TÖVBƏ EDIRƏM!)
Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və yaxşı işlərdə onların yolunu tutanlara Allahın xeyir-duası və salamı olsun!


Tarix: 13.04.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar