beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalandan şahidlik etməyin qadağan edilməsi

Bu, batilə: nəfsi tələf etmək, malı mənisəmək, insanlara zülm etmək və s. - nail olmaq üçün yalandan şahidlik etməkdir.

Yalançı şahidlik insanların haqlarını tapdalayır, ədalət və insaf nişanələrini məhv edir. Beləliklə cəmiyyətdə onu məhv edəcək kütləvi fitnə-fəsad yayılır, əminəmanlıq və sabitlik pozulur. Peyğəmbər (sav)buyurmuşdur:
"Sizə günahların ən böyüyünü söyləyimmi?" bunu üç dəfə təkrarladıqdan sonra, səhabələr: “Bəli”, deyərək cavab verdilər. O, buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq", o, dirsəklənmişdi və bunları dedikdən sonra oturdu və buyurdu: "Həmçinin yalan deyilən söz". Rəvayətçi deyir: (o, bu sözü o qədər söylədi ki, hətta biz "kaşki susaydı" dedik) ."(Buxari: 5\ 261\ ? 2654. Müslim: 1\ 91\ ? 87.)


Tarix: 18.04.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 37 Bölmə: Maraqlı melumatlar