beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lifti pilləkənlə əvəz edin və çox yaşayın

İsveçrəli alimlər 69 nəfər üzərində apardıqları araşdırma nəticəsində müəyyənləşdiriblər ki, lift və eskalatordan (hərəkətli pilləkəndən) istifadə edən insanlara nisbətən, bundan imtina edənlər daha gümrah olurlar. Cenevrə Universiteti ekspertlərinin qənaətinə görə, bu yolla vaxtsız ölümlərin 15 faizinin qarşısını almaq mümkündür.
Bununla bağlı araşdırmanın nəticələri Avropa Kardioloji Birliyinin yığıncağında açıqlanıb. Bildirilib ki, universitet işçilərindən ibarət 69 nəfər könüllü iştirakçı araşdırmaya daxil olmazdan əvvəl həftədə ən çoxu iki saat məşq və ya idman ediblər, gündə 10 mərtəbədən artıq piyada çıxmayıblar və əsasən az hərəkətli olublar.
12 həftə davam edən araşdırmada universitet işçilərinin işdə lift əvəzinə pilləkəndən istifadə etmələri tələb olunub. Bu müddət ərzində təcrübə iştirakçılarının bir gündə enib-qalxdıqları mərtəbə sayı təxminən 5-dən 23-ə qədər artıb. Üç aydan sonra təcrübədə iştirak edənlərin ağciyərlərinin həcminin, qan təzyiqlərinin və bədənlərində xolesterolun normal səviyyədə olduğu müəyyən edilib. Həmçinin onların çəkilərinin azaldığı, bədənlərindəki əzələ-piy nisbətinin müsbətə doğru dəyişdiyi də aşkar olunub.
Araşdırmanın nəticələri bu üsulun tətbiq olunması yolu ilə erkən yaşda ölüm riskinin 15 faiz azaldığını ortaya çıxarır. Ekspertlər tapıntılarının təsdiqlənməsi üçün indi daha uzunmüddətli və əhatəli təcrübələr həyata keçirməyi planlaşdırırlar.


Tarix: 13.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı Məlumatlar