beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7 ay komada olan qadının uşağı oldu

Süni nəfəs aparatına qoşulan ananın bətnində olan körpənin vəziyyəti normaldır.

İtaliyada 7 ay komada olan qadın uşaq dünyaya gətirib. Nadir müşahidə edilən tibbi hadisə Berqamo şəhərində baş verib. Adı açıqlanmayan qadın hamiləliyinin 2 ayında beyin qanaması keçirərək komaya düşüb. 40 yaşlı qadının o gündən bəri dünya ilə əlaqəsi demək olar ki tamamilə kəsilib. Ancaq ailəsi uşağın dünyaya gələ bilməsi üçün onun süni nəfəs aparatına qoşulmasına qərar verib.

Ana komada olsa da körpə bu müddət ərzində normal inkişaf edib. Həkimlərin möcüzə adlandırdığı qız uşağı 34 həftəlik olanda əməliyyatla dünyaya gəlib.
Tibb işçilərinin sözlərinə görə, körpənin vəziyyəti normaldır. Ana isə hələ də komadadır.


Tarix: 13.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar