beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döş xərçəngi diaqnozunda irəliləyiş

Bu xəstəliyi qan analizinə əsasən də müəyyənləşdirmək mümkün olacaq.
Qadınlarda döş xərçəngini bundan sonra qan analizinə əsasən də müəyyənləşdirmək mümkün olacaq. Böyük Britaniya alimləri qadınlarda döş xərçənginin qanla müəyyənləşdirilməsi istiqamətində testləri təkmilləşdirdiklərini açıqlayıblar. Londonun İmperial kollecinin tədqiqatçıları xərçənglə qandakı leykositlərdəki dəyişikliklər arasında əlaqəni üzə çıxarıblar. Onların iddiasına görə, qandakı leykositləri daha çox genetik dəyişikliklərə uğramış qadınlarda döş xərçəngi ehtimalı 2 dəfə çoxdur.

Alimlər əmindirlər ki, qan analizi sayəsində leykositlərdə gedən dəyişikliklər barədə qadınların vaxtında xəbərdar olması onları həyat tərzlərini dəyişməyə vadar edəcək və sağalmaq şanslarını artıracaq.

Mütəxəssislərin proqnozlarına görə, kliniki cəhətdən sınaqdan çıxarılmış yeni test 5-10 ildən sonra tətbiq edilə biləcək.


Tarix: 09.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar