beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir insanda vicdan hissi varmış

Rus alimləri insanlar yalan söylədikdə və ya bir günah iş gördükdə beyinin buna reaksiya verdiyini və vicdan duyğusunun hərəkətə gətirdiyini müəyyən ediblər.
Rusiyadakı Beyin Tədqiqat İnstitutunun rəhbəri Maksim Kireyev verdiyi mətbuat konfransında insan yalan söyləyərkən beyinin reaksiyasını öyrəndikləri zaman təsadüfən vicdan faktı ilə qarşılaşdıqlarını bildirmişdir. O, bir insan yalan söyləməyə başladığı an beyinin etiraz reaksiyasina başladığına və nəticədə vicdanın oyandığını müəyyən etdiklərini bildirmişdir. Tədqiqatlarda xüsusi bir kompüter proqramı vasitəsi ilə insan beyininin fəaliyyəti tədqiq edilmişdir.
Həmçinin Kireyev qeyd etmişdir ki, beynimizdə səhv bir hərəkət etdiyimiz zaman bizi xəbərdar edən bir mexanizm mövcuddur və o mexanizm peşmanlıq və ya vicdan adlanan duyğunu hərəkətə gətirir.


Tarix: 13.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Məlumatlar