beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

340 qramlıq körpə doğulub

"Möcüzə körpə"nin həyatını həkimlər xilas edə biliblər.

Dünyanın ən balaca uşağı Braziliyada doğulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, Karolina Terzin adı verilən qız 5 aylıq doğulub.
O, Braziliyada bu çəkidə doğularaq həyatda qalan ilk körpə adını qazanıb.

Belə ki, Karolinanın çəkisi sadəcə 340 qram, boyu isə 27 sm-dir.
Onun belə tez doğulmasına səbəb isə 32 yaşlı anasının hamiləliyin 5-ci ayında ciddi xəstəlik keçirməsi olub.
Həkimlərin səyi nəticəsində həyatda qalan "möcüzə körpə" artıq evə buraxılıb.


Tarix: 09.01.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar