beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniyada reseptlə pulsuz narkotik veriləcək

Almaniyanın paytaxtı Berlində narkotik aludəçisi olanlar həkim reseptiylə narkotika ala biləcəklər.

Berlində müalicəsi mümkün olmayan narkotika aludəçiləri üçün mərkəz yaradılacaq.

Mərkəzdə həkim göstərişi ilə aludəçilərə heroin və diamorfin veriləcək. İstifadə olunan narkotiklərin xərcləri 1 oktyabrdan etibarən sağlamlıq sığortaları tərəfindən ödəniləcək.

Berlin əyalətinin səhiyyə senatoru Katrin Lompşer mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu üsulla narkomanların müayinəsi mümkündür. “Bu üsulla ilk mərhələdə aludəçilər müalicə oluna biləcək hala gətiriləcək, ikinci mərhələdə isə narkotikadan tamamilə azad olmaları üçün müalicəyə başlanılacaq”.

Almaniyada illərdən bəri müzakirə olunan bu üsulun tətbiq olunmasına Federal Parlament icazə verib. Səlahiyyətlilər bildirib ki, bu qərar hər narkotik aludəçisi üçün tətbiq olunmayacaq. Bu üsuldan ilk olaraq 300 narkotik aludəçisi faydalanacaq. Resept ilə narkotik alan şəxslər aşağıdaki şərtlərə uyğun olmalıdır: 1. Yaşı 25-dən çox olmalıdır; 2. 5 ildən artıq narkotik aludəçisi olmalıdır. 3. 2 dəfə uğursuz müalicədən keçmiş olmalıdır.

Bütün bunlarla yanaşı, səlahiyyətli Berlində 8000 narkotika aludəçisinin yaşadığını söyləyib.
Qeyd edək ki, Frankfurtda da bu üsul tətbiq olunmuş və müsbət nəticələr əldə olunmuşdur.


Tarix: 13.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar