beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yatmış həyat yoldaşına AIDS virusu yoluxdurdu

Yeni Zellandiyada nəşr olunan “Sunday Star Times” qəzetində dərc olunan xəbərə əsasən Yeni Zellandiyada ərinin AİDS virusu daşıyıcısı olduğunu öyrənən qadın uşaqları olduğu üçün ərindən boşanmır lakin əvəzində cinsi əlaqədə olmayacaqları barədə müqavilə imzalayırlar.
AİDS virusunun daşıyıcısı olan 35 yaşlı kişi həyat yoldaşının onunla cinsi əlaqədə olmamasından əsəbləşərək həyat yoldaşı yuxuya getdiyi zaman öz qanını iynə ilə çəkərək yoldaşının damarına yeridib.
Hal hazırda qadının həyat yoldaşı şüurlu şəkildə AİDS virusunu yoluxdurduğuna görə günahkar bilinir və kişini 14 il həbs cəzası gözləyir.
O məhkəmədə bütün ittihamları qəbul edərək günahını etiraf etməklə yanaşı “arvadım da AİDS virusuna yoluxsa məndən boşanmaz deyə düşündüm” deyərək özünü müdafiə edib.


Tarix: 13.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar