beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ-da siqaret çəkmək evdə də qadağan olacaq

ABŞ və New Yorkda artıq evlərdə belə siqaret çəkilməməsi gündəmdədir. New Yorklu bir çox ev sahibi və toplu iqamətgah şirkəti, evlərdə siqaret çəkilməsini qadağan etməyə meyllidir. Hətta bəzi ev sahibləri kirayəçilərinə evlərində siqaret çəkəcəkləri halında evdən çıxarıla biləcəyini söyləyirlər.

Bu irəliləyişlərə paralel olaraq, içində siqaret çəkilməyəcək olan mənzil proyektləri də həyata keçirilməyə başlanıb. ABŞın New York şəhərində, siqaret çəkmənin qadağan olduğu ilk mənzil yeni ildə istifadəyə veriləcək.

Amerikanın CBS televiziyasının xəbərinə görə, Manhettenin Şərqi Harlem bölgəsində yeni tikilən mənzillərin içində, idman salonu və yaşıl sahələrində, hətta qarşısında siqaret çəkilməsi qəti qadağandır. İnşaat şirkəti, 298 mənzilli evlərin inşaatında işləyən işçilərin belə siqaret çəkməsinin qadağan edildiyi bildirilir.
Bu mənzildə kirayəçi olmaq istəyənlərin imzalayacaqları kontraktda, özlərinin də, evlərinə gələcək qonaqların da siqaret çəkməyəcəyinə dair zəmanət verirlər.


Tarix: 13.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqlı Məlumatlar