Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plastik maddələri yox etməyin asan yolu

Ekoloji qablaşdırma təkcə plastik paketləri əvəz etmir, həm də sağlam həyatın simvoluna çevrilir. Artıq bir çox ölkələrin supermarketlərində buna böyük diqqət göstərirlər. Süd və süd məhsullarından tutmuş, gündəlik ərzaq məhsullarına qədər bəzi mallar plastik qablarda satılır. Qida məhsullarının qablaşdırılması üçün istifadə olunan materiallar, plastik qablarda gündəlik istifadə etdiyimiz bəzi əşyaların tərkibində A bisfenolu deyilən maddə var. Həmin maddə insanın orqanizminə keçdikdə ağır fəsadlar verə bilir. Alimlərin rəyidə bunu sübut edib ki, plastikdə olan birləşmələr sağlamlıq üçün bir çox problemlər yaradır. Bu istiqamətdə dünya miqyasında bir çox işlər görülüb. Birləşmiş ştatlarda plastik qablardan istifadə qadağan olunub. Bu qablar təhlükəli olduğundan onlar karton və kağızla əvəzlənib. O cümlədən, Latviyada plastik torbaların istifadəsi və satışı qanunla tam qadağan olunub. Bunun əvəzində kağız selofanlardan istifadə uyğun görülüb.

Plastik maddələrə qarşı Avropalı mikrobioloq və dizaynerlər də maraqlı bir layihə hazırlayıb. Məlumata görə həmin layihədə 1 inkubatorla plastik maddələri yox etmək olur. Bu işdə göbələkdən istifadə belə təsirlidir. Bunun üçün "Fungi Mutarium" adlı cihazda yerləşən və qab formasında olan plastiklərin içinə göbələklər qoyulur. Müəyyən müddətdən plastik maddələrdə dəyişiklik olur. Beləcə gözlənilən nəticə əldə olunur. Yaranan bu fermentdə əməliyyat üçün yosundan əldə edilən jelatin, agar yapışkanı (Şirnilərə qoyulan bir qatqı maddəsi) istifadə edilir.

Məlumatda oda bildirilir ki, Viyanalı dizaynerlər və Hollandiyadakı Utrecht Universiteti mikrobioloqları tərəfindən hazırlanan layihədə əsas məqsəd cihazda qarışığa dad verəcək qatqı maddələrinin qoyulması üçün və plastik maddələrin olmaması üçün uyğun həlləri inkişaf etdirməkdir. İştirakçılardan Katharina Unger bildrib ki, istilik və nəmin plastikdə həzm olunması üçün bir bölmə yaradılmalıdır.


Tarix: 08.01.2015 / 16:03 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar
loading...