beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meningit xəstəliyinə lazerli diaqnoz

Məlumata görə elm adamları, meningitin diaqnoz edilməsini sürətləndirmək üçün tədqiqat aparıblar. Görülmüş işlər, texnoloji naliyyətlər, üsullar sırasında "lazerli diaqnoz" xüsusi fərqlənir. Belə ki, aparılmış testlə, xəstəliyə gətirib çıxaran bakteriya lazer istifadə edilərək təyin oluna bilinəcək və xəstəliyin qarşısını almaq asanlaşacaq.
Şotlandiyanın Qlazqo şəhərindəki Strathclyde Universitetinin tədqiqatçıları, meningitin səbəbini ən qısa müddətdə tapmaq üçün gümüş nanopartiküllər ilə lazer istifadə etdiklərini bildiriblər.
Tədqiqatçı Dr. Karen Faulds-un sözlərinə görə bu üsulda daha çox gümüş nanopartiküllərlə qarışdırılan molekullara lazer şüası göndərilir və meydana gələn dəyişmə dalğa uzunluğunda ölçülür. Faulds, titrəyən spektirlərin molekulu müəyyən etməyə imkan yaratdığını bildirib.
Onun şərhinə görə beş və ya altı yaş uşaqlarda meningit olduqda, təcili diaqnoz etdirmək lazımdır.
Gec diaqnozun qoyulması nəticəsində qan zəhərlənməsi və beyin pozğunluğu ola bilər.
Tədqiqat, "Chemical Science" jurnalında dərc olunub.


Tarix: 08.01.2015 / 16:24 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar