beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq istəyirsinizsə gülümsəyin

İngiltərə mətbuatının verdiyi məlumata görə, onlar artıq çəkidən əziyyət çəkən şəxslərə, xüsusilə xanımlara gülməyi məsləhət görürlər.

Sən demə, yaxşı əhval, incikliyin olmaması, ürəkdən gülmək arıqlamağa kömək edir. Araşdırma göstərib ki, gün ərzində 16-20 dəfə ürəkdən gülən qadınlar artıq çəkidən daha asanlıqla qurtulurlar.

Bunun üçün gün ərzində ümumilikdə 15 dəqiqə ürəkdən gülmək lazımdır. Bu zaman orqanizmdə qan dövriyyəsi sürətlənir, bu isə kalori atmağa kömək edir.

Ürəkdən gülən zaman sinə və çiyinlərdəki əzələlər hərəkətə gəlir, qarın əzələləri bərkiyir, həzm prosesi sürətlənir.


Tarix: 09.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar