beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su beynin sürətli işləməsinə imkan yaradır

Məlumata görə İngiltərədə edilən bir araşdırmada sübut edilib ki, düşünmə tələb edən işə başlamazdan əvvəl içilən üç stəkan su beynin reaksiya sürətini 14% artırır.

Şərqi London və Westminster universitetinin elm adamları təcrübəyə qatılan könüllülərə bir həftə arayla iki fərqli test tətbiq ediblər.
İlk təcrübədə iştirakçılara bir vafli və arzu etdikləri qədər su verildikdən sonra özlərindən bir sıra zəka testini tamamlamaları istənilib.
İkinci təcrübədə iştirakçılar yalnız vafli yedikdən sonra verilən tapşırıqları həll ediblər.

Araşdırmanın nəticələrini qələmə alan Dr. Caroline Edmonds, su içən fərdlərin suallara cavab vermə mövzusunda reaksiya müddətlərinin gözlə görülən şəkildə sürətli olduğunu müəyyən edib.

Araşdırmaçılar təcrübə zamanı suyun, yalnız reaksiya sürətlərində deyil, söz yaddaşı, vizual yaddaş və öyrənməklə əlaqədar funksiyalara da müsbət təsir göstərdiyini müşahidə ediblər.

Özünü susamış hiss edən fərdlərin isə psixoloji hallarında dəyişiklik olduğuna toxunulan araşdırma nəticələri, susuzluğun adamı daha gərgin və "beyni qarışmış" hala gətirdiyini və performansa təsir etdiyini üzə çıxarıb.
Araşdırmanın bir başqa maraqlı nəticəsi də "kompleks qaydaları öyrənməyə istiqamətli test və işlər" olub.


Tarix: 08.01.2015 / 17:13 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar