beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəni müdafiəsiz qoyur

Plazma hüceyrələrinin sümük iliyində tənzimlənməyən artışından qaynaqlanan pis xarakterli bir xəstəlik hesab olan Multipl Miyelom'un (plazma hüceyrə xərçəngi) müalicəsində son illərdə böyük irəliləyişlər əldə edildiyi bildirilir.
Məlumata görə Memorial Şişli Xəstəxanasının Hematologiya sahəsi üzrə mütəxəsisi və Beynəlxalq Miyelom İş Qrupu üzvü həkim prof. Orhan Sezerin etdiyi yazılı şərhdə bildirilir ki, dünyada ən tez müşahidə edilən pis xasiyyətli qan xəstəlikləri arasında plazma hüceyrə xərçəngi, xəstəliyi 2-ci sırada durur. Bu baxımdan həkim prof.
Orhan Sezer bu xəstəliyin müalicəsi haqqında fikirlərə aydınlıq gətirib. O, bildirib ki, bu xəstəlik, sümüklərə ziyan verib, ağrılara, qırıqlara hətta iflicə yol aça bilər.
Xəstəlik, bundan əlavə böyrək çatışmazlığına və immunitet sistemindəki pozğunluqlara səbəb ola bilər. Məhz buna görə qeyd olunur ki, bu hal bədəni mikroblara qarşı müdafiəsiz hala gətirir. Diaqnozun gec qoyulması isə müalicəni çətinləşdirir.
Orhan Sezer, plazma hüceyrə xərçənginin diaqnozunu qoymaq üçün, qan və sidikdə bəzi xüsusi biokimyəvi araşdırmalar edilməsi lazım olduğuna işarə edərək, sümüklərin vəziyyətini və sümük iliyindəki hüceyrələri də araşdırmağın lazım olduğunu bildirib.
Bir neçə müalicə ximoterapiyasından sonra, yaşı və orqan funksiyaları uyğun xəstələrdə otoloq kök hüceyrəsi transplantasiyası hədəflənərkən, kök hüceyrələr toplandıqdan sonra, yüksək dozalı müalicə tətbiq olunması və kök hüceyrələrin xəstəyə damardan geri verilməsi müalicəsi, bu xəstəlikdə alınan cavab nisbətini, keyfiyyətini və müddətini əhəmiyyətli şəkildə artırır. Kök hüceyrələrindən transplantasiya edilən xəstələrdə tərkibində yeni dərmanlar olan müalicə tətbiq olunur.
Bununla da "Xəstələrin həyat müddətinin uzandığı" qeyd olunur.
Son illərdə əldə edilən böyük inkişaf, bu xəstəliyin həllinə müsbət və əhəmiyyətli bir şəkildə təsir edib.
Böyük araşdırmalar aparıldığından yeni müalicə protokolları və yeni dərmanlar bu xəstəlikdə daimi bir ümid qaynağı hesab olunur.


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Məlumatlar