beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

9 aylıq əkizlər üzür

İngiltərədə dünyaya gələn 9 aylıq əkizlər William və Ellenita Trykush nə yeriyə nə dəki danışa bilirdilər.

Bu əkizlərin ailələri keçən aylarda Cənubi Kiprə etdikləri bir tətil əsnasında onların qeyri-adi qabiliyyətlərini üzə çıxarmışlar.

Kiçiklər suyun üzərində hər hansı bir şey olmadan üzməyə başlamışlar. İngiltərəyə döndüklərində anaları Charlotte Trykush körpələri bir körpə hovuzuna aparmışdır.

Onlar ikili bir anda kürək üstü üzməyə başlamışlar. Özü də köhnə bir üzmə müəllimi olan Charlotte Trykush, fikrini bildirərək deyib ki, "inanılmaz idi! onlar artıq ən dərin hovuzda belə etibarla üzürlər" deyir.

Körpələrin atası Victor Trykush isə indidən gözünü Olimpiadalara dikdiyini ifadə edərək, "Ümid edirəm 2028-ci ildə onlar yarışa vəsiqə qazanıb, qalib gələ bilərlər" deyə danışıb.


Tarix: 09.01.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar