beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök-hüceyrə müalicəsi

Gənc dərinin sirri kök hüceyrələrində saxlıdır. Bunu aparılan tədqiqatlar sübut edib.
Məlumata görə kök hüceyrə müalicəsi, dəridə meydana gələn ümumi yaşlanma təsirlərini aradan qaldırmağa kömək edir. Dərinin, 10 yaş gəncləşməsini təmin edir.
Türkiyənin Transmed Tibb Mərkəzi bildirib ki, bu müalicə ilə yaşlanma nəticəsində dəridə meydana gələn problemlər, qırışlar, boşalmalar, sallanmalar həll edilir və dəri cavanlaşır. Bu müalicə ilə xəstənin fibroblast hüceyrələri çoxaldılaraq xüsusi inyeksiya texnikaları ilə xəstənin üzünə inyeksiya edilir. Beləliklə dəri canlanır, parlaqlıq və möhkəmlik qazanır.
Kök hüceyrə müalicəsi təbii və təhlükəsizdir. Yan təsirsizdir. Müalicədən dərhal sonra gündəlik həyata dönmək olur. Uzun müddət təsirlidir və qalıcıdır.
Antialergik xüsusiyyəti var.
Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində bir toxuma nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə inkişaf etmiş laboratoriya texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftə sonunda, fibroblast hüceyrələr tətbiqə hazır hala gəlir. Tətbiq 3 seans halında edilir və hər seansda xəstənin dərisinə çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya edilən gənc və təzə fibroblast hüceyrələr, buraxıldıqları bölgədə fəaliyyətə keçərək kollagen və elastin istehsalı edirlər. Dəridə güclü antiaging fəaliyyət göstərərək dərini sıxlaşdırırlar. Bununla da dərinin cavanlaşma və canlandırma təsiri təmin edilmiş olur.


Tarix: 08.01.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqlı Məlumatlar