beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beli,esebiyem!

Mene ''esebisen'' deyen-düz deyir,
Menim nöqsanımı demek isteyir.
Söz atdın...könlümde qopdu zelzele,
Bilmedim ne zaman çıxdım özümden.
Toxundun könlüme üstelik hele
Deyirsen,lal olum,qışqırmayım men?
Demir demirdir ki,toxunsan eger
O da cingildeyer,o da seslener.

Men ki istemerem bir ürek sına,
Esebiyem,
            çünki heyecanım var.
Hardasa bir haqqın tapdanmasına
Men döze bilmerem,isti qanım var.

Mene biganedir soyuqqanlılıq,
Her şeye öz ölçüm öz terezim var.
Senin qerezinin mene dexli yox,
Menim öz görüşüm,öz qerezim var.
De,nece od tutub alışmayım men-
Fikirsiz,mesleksiz ölü canlara?
Beli,esebiyem,
                  heç çekinmeden
Menim eqideme toxunanlara.

Dünyaya gelmişem,qanam.
Anladım,
           üreyim od tutub yanar.
Beli,esebiyem,çünki insanam
Menim nifretim var,mehebbetim var.
Quzuya da beli?
Qurda da beli?
Deyirsen,olmasın baxışım menim?
Nöqsanım budursa eger...demeli,
Ancaq naxışımdır yanlışım menim.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 379 Bölmə: Bextiyar Vahabzadə