beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsarət-azadlıq

ƏSARƏT-AZADLIQ
Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qıbləsiz qıldıq.
İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-
həyadan.
Azadıq düşmənə qəzəbdən,
kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.
Azadlıq rəhmdən, insafdan da
biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız,
rəhmsiz,
Qəddar talançısı özümüz olduq.
Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah
xofundan.
İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran
kəndir,
İndi boğazıma keçib halqa tək...
17 avqust, 1996.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Bextiyar Vahabzadə