beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atarli

A t a r l i – türkcə otar – örüş, otlaq sözü və -li şəkilçisindən ibarətdir. Atar, Otar, Etar şəxs adları XVIII əsrdə karakalpaklarda geniş yayılmışdı. Gürcülərdə Otar, ermənilərdə Adoryan adlarında qalmışdır. Atarlı otlaqları olan mənasını verir. Kaspilər həm də maldar idilər. Onların var – dövlətini sürülər, ilxılar və otlaqlar təşkil edirdi. Kaspilər haqqında yazan antik müəlliflərin biri kaspi torpağında öküz sürülərinin və at ilxılarının olduğunu qeyd edir. Deməli, otlaq və örüşlər – otarlar kaspilərdə mühüm varidat olmalı idi. Otar sözünün kaspilərdə şəxs adlarında əks olunması da bununla əlaqədardır. Atarli (Otarli) adı ata-ananın oğlan uşağının böyüdükdən sonra varlı olması arzusunu ifadə edir.


Tarix: 15.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎