beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu xan Bayat

Həyatı
Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır.

Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi.

1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar.

1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi. Mühasirədə olan şəhərin vəziyyəti ağırlaşdığından Abbasqulu xan Bayat məsləhət gördü ki, Şahqulu xanın vasitəsilə Əhməd xana tabe olsun, bu şərtlə ki, əfqanlar keçən ilki müharibənin intiqamını almayıb, xalqın malına və canına toxunmasınlar.

Abbasqulu xan Bayat Nişapurun məşhur Came məscidini təmir etdirmişdi.


Tarix: 13.01.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎