beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çərkəz bəy Əlibəyov

Həyatı
Sadıq bəyin beşinci oglu Çərkəz bəy 1866-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qiyaməddinli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Çərkəz bəyin iki yüz hektardan çox əkin, örüş və yaylaq çəmənlik torpaq sahələri (həmin torpaq sahələri Ağcabədi, Bərdə və Kəlbəcər rayonları ərazisində yerləşir), on minlərlə xırda və minlərlə iri buynuzlu mal-qarası, qoyun-keçisi, yüzlərlə cins Qarabağ atları, qırxdan çox dəvəsi, kəhrizləri, un və istiot dəyirmanları olmuşdur.


Tarix: 13.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎