beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nasirəddin Məhəmməd bəy Zülqədər

Həyatı
Süli bəyin öldürülməsindən sonra yerinə oğlu Sədəqə bəy zülqədərlilərin başına keçməsinə rəğmən əmisinın oğlu Nasirəddin Məhəmməd bəy onun bəyliyini tanımayaraq 1399-cu ildə Zülqədər hökmdarı oldu. Nasirəddin Məhəmməd bəy Zülqədər taxtını əldə etmək üçün Osmanlı Sultanı İldırım Bəyaziddən yardım istədi. Nasirəddin Məhəmməd bəy İldırım Bəyazidin dəstəyi ilə taxta əyləşdi. Bundan dolayı osmanlılar ilə məmlüklər arasında 1515-ci ilə qədər davam edəcək olan Zülqədər bəyliği üzərindəki hakimiyyət mücadiləsi başladı. Nasirəddin Məhəmməd bəy Əmir Teymurun Anadolunu istilası sırasında ona qarşı çıxaraq Osmanlı tərəfdarı bir siyasəti apardı. Bu üzdən Əmir Teymur qüvvələri Əlbistana doğru yürüş edərək buranı xaraba qoydular. Bir yandan varlığını davam etdirə bilmek üçün osmanlılardan yardım alırkən, digər yandan da məmlüklərlə dostanə ilişkilər qurdu. Qaramanoğulları və Ramazanoğulları ilə mücadilə etdi və Qeysəri şəhərini 1436-cı ildə Qaramanlılardan aldı. Qeysəri şəhərində Nasıriyyə medrəsəsini quraraq Qeysəri qalasını yenidən inşa etdirdi.

Osmanlı sultanı İldırım Bəyazidin himayəsi ilə Zülqədərli bəyi olan Məhəmməd bəy Məmlük sultanlığı ilə də yaxşı əlaqələr içərisində idi. Məhəmməd bəy İldırım Bəyazidin tərəfdarı olaraq, Süli bəyin tam əksinə Əmir Teymura düşməncə tövr göstərdi. Əmir Teymur 1400-cü ilində Sivası mühasirə etdiyi zaman Əlbistan türkmənləri Əmir Teymurun ordusuna basqınlar edirdilər. Türkmənlərin bu hərəkətləri Zülqədər ölkəsinin Əmir Teymur ordusu tərəfindən yağmalanmasına səbəb oldu. Əmir Teymur Sivas mühasirəsındən sonra Əlbistan və Zülqədərli torpaqlarını işgal edərek bütün məmləkəti yandırıb yıxdı. O, Malatya və Behisnini də zəbt etdi. 1401-ci ildə Suriyadan dönüsündə bir dəfə daha Zülqədərli torpaqlarına girən Əmir Teymur oranı yağma etdi və xarabaya çevirdi. Məhəmməd bəy məmlüklər və osmanlılarla dost kimi keçinirkən diğər qonşuları Qaramanoğulları və Ramazanoğulları bəylikləri ilə daima mücadilə edird. Məmlük sultani Məlik Müəyyed Şeyx, Qaramanlıların əlindəki Qeysəri qalasını ələ keçirdikdən sonra buranı mükafat olaraq Nasirəddin Məhəmməd bəye verdi (1419). Beləcə zülqədərlilər ilə qonşuları arasında düşmənçilik başlanmış oldu. Qaramanoğlu Məhəmməd bəy məmlük ordusunun Suriyaya dönməsindən sonra Ramazanoğlu İbrahim bəy ilə birləşərək Qeysəri üzərinə yürüdü. Ancaq Zülqədəroğlu Məhəmməd bəy bu müttəfiq ordunu məğlubiyyətə uğradaraq Qaramanoğlu Məhəmməd bəyi əsir aldı və onu oğlu Davud bəyin mühafizəsində məmlük sultanına göndərdi. Zülqədəroğlu Məhəmməd bəy bir yandan məmlüklərlə mücadilə edərken, diğər yandan Qaramanlılarla da Qeysəri şəhəri üzündən savaşırdı. Məhəmməd bəyin oğlu Süleyman bəy Qeysəridə vali idi. Bu sırada Qaramanoğlu İbrahim bəy Qeysəri önlərinə gələrək şəhəri ələ keçirdi (1438). Bu durum üzərinə Zülqədəroğlu Məhəmməd bəy Qeysərini yenidən ələ keçirə bilmək üçün oğlu Süleyman bəyi Osmanlı sultani II Muradın yanına göndərərək yardımını aldı. Qeysərinin qaramanlılar tərəfindən geri alınması zülqədərlilər qədər osmanlıların da mənfəətinə toxunurdu. Osmanlılar savaş halında olduqları bir bəyliyin genişlənib güclənməsinə seyirçi qala bilməzdilər. Bu səbəblə Osmanlı sultani II Murad Qeysəri üzərinə yürüş edərək buranı qaramanlıların əlindən aldı və şəhərin idarəsini təkrar Zülqədərli Nasirəddin Məhəmməd bəyə verdi (1439). Zülqədəroğlu Məhəmməd bəyin osmanlılarla yaxınlaşması məmlük sultani Çaxmağın bu bəyliyə qarşı olan düşmənlıyini daha da artırdı. Ancaq, zülqədərlilərin osmanlılar ilə daha çox yaxinlaşmasından çəkinən Sultan Çaxmaq, bu düşmənçiliyini çox davam etdirmədi. Nasirəddin Məhəmməd bəy də məmlüklərə sədaqətini göstərmək üçün Qahirəyə qədər gedərək orada bir müddət qaldı. Qırx altı il qədər Zülqədərli bəyliyinin basında duran Nasirəddin Məhəmməd bəy 1442-ci ildə səksən yaşinda vəfat etdi.

Ailəsi
Nasırəddin Məhəmməd bəyin Süleyman bəy, Rüstəm bəy, Davud bəy və Fəyyaz bəy adlı oğulları vardı.


Tarix: 14.01.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎