beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mürşüdqulu xan Ustaclı

Həyatı
Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır.O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı.

Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir. Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bunun da cavabında Qəzvindəki şah tərəfdarı olan əmirlər Əliqulu xanın valideynlərini və onun mənsub olduğu Şamlı tayfasının nümayəndələrini qətlə yetirirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər. Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.

1587-ci ilin önlərində Mürşüdqulu xan Ustaclı və Abbas mirzə Qəzvinə daxil oldular. Abbas mirzə şah elan edildi. Şah Abbas oyuncaq olmaq istəmədi. Yayda, Bəstam yörəsində lələsi və vəkili Mürşüdqulu xan Şahqulu sultan oğlu Ustaclını Ümmət bəy Ustaclının əliylə öldürüb, məmləkəti təkbaşına idarə etməyə başladı.

Mürşüdqulu xan 1587-ci ildə I Şah Abbas tərəfindən öldürüldü.


Tarix: 13.01.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎